Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Evlənmək istəyən gənclərin çoxu xəstədir – ŞOK

Evlənmək istəyən gənclərin çoxu xəstədir – ŞOK

“Nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyun ayının 1-dən indiyədək 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, 5500 nəfərdə talassemiya daşıyıcısı, 53 nəfərdə QİÇS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib:
“Müayinə olunan 40 cütlükdə (hər iki şəxsdə) xəstəlik aşkar edilib. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində – hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın