Ana səhifə / Media / Evin tavanı çökdü, uşaq son anda xilas edildi – VİDEO 

Evin tavanı çökdü, uşaq son anda xilas edildi – VİDEO 

“Ev silkələndi, kubiklər töküldü, uşaq qışqırıb üstümə atıldı”

Güclü külək və dolu Şəkidə fəsadlar törətdi.
Şəkinin Şorsu kəndində güclü külək və dolu evlərə, sosial obyektlərə ziyan vurub. Kəndin elektrik dirəkləri aşıb, bəzi yerlərə enerjinin verilməsində fasilələr yaranıb. Bəzi yaşayış massivlərinin dam örtüyü uçub, bəzilərinin divarları dağılıb.
Dam örtüyü dağılan otaqda yatmaqada olan uşaq son anda anası tərəfindən xilas edilib.
Xatirə Xancanova – kənd sakini: “Uşağım burada yatmışdı, qəfildən zəlzələ kimi bir şey oldu, ev silkələndi. Uşaq üstümə atılanda gördüm ki, kubiklər tökülür. Canımızı zorla qurtarıb, buradan çıxdıq. Uşaq qışqırırdı, gözünü bağladım ki, görməsin”.
Təbii hadisə evlərlə yanaşı, təsərrüfata da ciddi ziyan vurub. Xüsusilə taxıl və tütün sahələrinə düşən dolu burda fəsadlar törədib.
Artıq kəndə dəymiş ziyanın hesablanması üzrə işlər aparılır. Hidrometeoroloqlarsa yağıntılı hava şəraitinin hələ bir neçə gün də davam edəcəyi barədə xəbərdarlıq edir.
Güclü yağışlar Şorsu kəndi ilə yanaşı Şəkinin digər kəndlərində də təsərrüfata ciddi ziyan vurub. Yağıntılı günlərin hələ davam edəcəyini nəzərə alsaq bu zərərin artacağı istisna edilmir. (Region TV)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın