Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Evakuator bu dəfə avtomobil yox, ev daşıdı – VİDEO

Evakuator bu dəfə avtomobil yox, ev daşıdı – VİDEO

Bakı-Ələt yolunda evakuatorun dəmir konstruksiyalı evi aparması lentə alınıb.
Görüntülərə əsasən, evin eni təxminən üç, hündürlüyü isə iki metrdən çoxdur. Yəni ev evakuatorun yedəyindən hər iki tərəfdən bir metrə qədər kənara çıxıb.
Kadrları izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, evakuator sürücüsü həm özü, həm də digər hərəkət iştirakçıları üçün böyük təhlükə yaradır.
Əgər yük nəqliyyat vasitəsinin kənarlarından, onun qabarit enindən 40 sm-dən çox xaricə çıxarsa, yükə xüsusi işarələnmə tətbiq edilməlidir və yolda hərəkəti üçün də icazə alınmalıdır.
Sözügedən təhlükəli vəziyyətə görə təkcə sürücü yox, həm də yük daşıyan şirkəti cərimə gözləyir.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın