Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Etimad Əsədov Sabirabadda torpağı zəbt edilən qazinin müdafiəsinə qaxdı: “Bu biabırçılıqdır, rəzalətdir!”

Etimad Əsədov Sabirabadda torpağı zəbt edilən qazinin müdafiəsinə qaxdı: “Bu biabırçılıqdır, rəzalətdir!”

Xəbər verdiyimiz kimi, Sabirabad rayon sakini, uzun illərdir kirayələrdə yaşayan 2 qrup Qarabağ əlili Zaur Ağayevə qarşı özbaşınalıq edilib. Sabirabad rayon icra hakimiyyəti tərəfindən ev tikilməsi üçün ona ayrılan 350 kvadrat (3 sot yarım) torpaq sahəsi zəbt edilib.

QAZİLER.AZ saytı məsələ ilə bağlı “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədovun mövqeyini öyrəndik. O, Sabirabadda baş verən qanunsuzluğa öz etirazını bildirdi: “Mən Qarabağ əlili Zaur Ağayevə qarşı olan bu qanunsuzluğu qəti şəkildə pisləyirəm. Bu biabırçılıqdır, rəzalətdir! Necə olur ki, Prezident, cənab İlham Əliyev Qarabağ əlillərinə diqqət və qayğı göstərilməyin vacibliyini deyir, bütün məmurlara bu insanlara qarşı ədalətli olmağı tapşırır, amma icra başçıları buna məhəl qoymur! Bu yolverilməzdir! Bunlar nə fikirləşir?! Belə bir həssas məqamda Qarabağ əlillərini niyə ədalətsizlik edirlər?! Rayon icra hakimiyyəti başçılarının bu cür çirkin əməllərindən Prezidentə müraciət edəcəyik!”

Qeyd edək ki, Z.Ağayevin sözlərinə görə, Sabirabad rayonunun İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsi elə əslində qəsdən başqa adama zəbt etdirilib. Hazırda orada tikinti işlərinə başlanıb. Və o, bütün bu işlərin başında 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovun qohumu, rayonun keçmiş memarı Ağarəhim və “Avtobaza”nın müdiri Seyidəmir adlı şəxslərin dayandığını da qeyd edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın