Ana səhifə / Media / “Etibar Babayevi nüfuzundan qorxduğu üçün küncə sıxdı” – AzTV-ilə bağlı ŞOK İTTİHAMLAR – VİDEO

“Etibar Babayevi nüfuzundan qorxduğu üçün küncə sıxdı” – AzTV-ilə bağlı ŞOK İTTİHAMLAR – VİDEO

Son vaxtlar Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) barədə şikayətlər səngimək bilmir. TV-də koronavirusa yoluxanların sayı artdıqca, şikayətlər daha da çoxalır.

Dominant.az-ın redaksiyasına AzTV ilə bağlı növbəti məktub daxil olub. Məktubda, daha çox AzTV QSC-nin Bədii rəhbəri Ranar Musayev tənqid olunur.

Sözügedən məktubu olduğu kimi təqdim edirik:

“Salam hörmətli redaksiya. Barı, bu ədalətsizliyi siz işıqlandırasız, bəlkə. Ümid sizədir.

Bu videodakı karantin dövründə öz kefindən qalmayan, içib striptiz oynayan, AzTV QSC-nin Bədii rəhbəri Ranar Musayevdir. Görün, necə harınlayıblar ki, bunu öz “Instagram”larında da paylaşırlar.

Biz əksər işçilər pandemiya dövründə maaş kəsintisinə, məhdudiyyətlərə məruz qaldıq. Dostlarımız çətin rejimdə virusa yoluxdu. Amma Ranar və AzTV-dəki kreativ adlanan dəstəsi qanorar, layihə adı altında daha çox qazanırlar, keflərindən də qalmırlar.

Bu, o Ranardır ki, Rövşən Məmmədov AzTV-də rəhbər olan kimi böyük sənətkar, Əməkdar incəsənət xadimi, bu yaxınlarda AzTV-dəki yoluxmanın qurbanı olan rəhmətlik Etibar Babayevi çıxarıb, bunu onun yerinə təyin etdi. Çünki Etibar Babayevin nüfuzundan qorxurdu, qısqanırdı. Rəhmətliyi bir redaksiyada küncə sıxdı, amma öləndın sonra utanmazcasına ağız dolusu tərif nekroloq yaydırdı.

Yerinə təyin etdiyi bu Ranar isə QSC-də yetənə yetir, yetməyənə də bir daş atır. Sədrin ən yaxını, ailəvi dostu olan Ranarın qılıncı bu saat Rövşəninkindən iti kəsir burda. Neçə-neçə peşəkar AzTV-çilər, milli hissiyatlı sənətkarlar onun sayəsində AzTV-dən didərgin salındı. Kreativ adı altında əcaib görünüşlü, qulağı sırğalı tiplər milli televiziyamıza doluşduruldu.

Bu videoda yanındakı Nigar Camal və Eldar da Ranar tərəfindən AzTV-də külli miqdarda qonorar qarşılığında şənbə-bazar səhər verilişlərini aparırlar. Hər ikisi Azərbaycan dilində necə bərbad danışırlar efirdə. Ranar özü də televiziyada ətrafı ilə daha çox rus dilində danışır. AzTV-də yenilik adı altında bütün peşəkarların, köhnə işçilərin qovulmasının əsas müəllifi də bu adamdır”.

Məktubla yanaşı göndərilmiş videoları da təqdim edirik:




Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …