Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Media / “Etibar Əliyevin 10 evi var, birini şəhid ailəsinə bağışlasın” – Video

“Etibar Əliyevin 10 evi var, birini şəhid ailəsinə bağışlasın” – Video

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, tanınmış media eksperti Müşfiq Ələsgərli Milli Məclisin deputatı Etibar Əliyevi sərt tənqid edib. Ələsgərli deputatın jurnalistləri “ucuzlaşmış peşə”nin təmsilçiləri adlandırmasını qeyri-etik, obeyektivlikdən uzaq və ədalətsiz adlandırıb.

Baki-Xeber.com saytının canlı yayınında qonaq olan JuHİ sədri deyib ki, Etibar Əliyev məlum açıqlaması ilə jurnalistlərlə şəhid ailələrini üz-üzə qoymaq istəyir: “Bunun adı avantüradır. Mənim ailəmdən 16 şəhid var. Hər ailədə, hər nəsildə şəhid var. Niyə jurnalistlərlə şəhid ailələrini üz-üzə qoyurlar? İndiyə kimi peşə borcunu yerinə yetirərkən 20-yə yaxın jurnalist şəhid olub? Etibar Əlivdən soruşuram: Neçə deputat şəhid olub? Neçə deputatın ailə üzvündən şəhid var? Hansı deputat Vətən müharibəsində silaha sarılıb? Amma Vətən müharibəsində 34 jurnalist qələmini silahla dəyişdi, kişi kimi gedib vuruşdu. Bu sözləri məmurlara da şamil etmək olar. Etibar Əliyev çıxıb hesabat versin görək neşə məmurun, neçə deputatın ailəsində şəhid var? Bunu bilə-bilə jurnalistləri şəhid ailələri ilə üz-üzə qoymaq ədalətsizlikdir, xoş niyyətə xidmət etmir”.

Müşfiq Ələsgərli bildirib ki, jurnalistlərin sosial vəziyyəti yaxşı olmadığı üçün onlar öz pulları ilə mənzil ala bilmirlər: “Jurnalistlərə mənzili dövlət verir. Dövlət məsləhət bilsə ki, həmin mənzillər jurnalistlərə deyil, şəhid ailələrinə verilsin, hamı bunu alqışlayacaq. Siyasi manipulyasiya ilə məşğul olmağa ehtiyac yoxdur. Etibar Əliyevin 10 evi var. Şəhid ailəsinə ürəyi yanırsa, həmin evlərdən birini onlara bağışlasın”.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

“Bir gün bütün həmkarların səni cinayətkar çıxara bilər” – Aysel Əlizadə

“Deputat ola bilərsən, nazir ola bilərsən, kim istəyirsən, ola bilərsən və bir gün bütün həmkarların …