Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Ermənistan Qarabağ danışıqlarına qərəzli yanaşır” – “News Blaze” nəşri

“Ermənistan Qarabağ danışıqlarına qərəzli yanaşır” – “News Blaze” nəşri

ABŞ-ın “News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin “Azərbaycan-Ermənistan: mənasız münaqişə” sərlövhəli məqaləsi dərc edilib.

Azinforum.az AzərTAc-a istinadən xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad edilməsindən, məcburi köçkünlərin tarixi torpaqlarına qayıtmalarından bəhs edilir.

Münaqişənin tarixi və onun həlli istiqamətində davam edən danışıqlardan söz açan xanım Qrinqer yazır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan müzakirələr hələ də sülh sazişinin bağlanmasına gətirib çıxarmayıb. Təəssüf ki, Ermənistan istənilən ağıllı danışığa qərəzli yanaşır və danışıqları qulaqardına vurur. Ermənistan silahlı birləşmələri işğal edilmiş Dağlıq Qarabağda hər gün qoşunların təmas xəttini atəşə tuturlar.

Müəllif qeyd edir ki, müsəlman əhalisinin üstünlük təşkil etdiyi Azərbaycan bir çox etnik və dini qrupların nümayəndələrinin dinc yanaşı yaşadığı sülhsevər ölkədir. Ermənistanda isə yanaşı yaşamağa başqa münasibət bəslənilir. Ermənistan münaqişəni uzatmağa çalışır və daim Azərbaycanı hərbi əməliyyatların gərginləşməsinə təhrik edir. Buna misal olaraq, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin dördgünlük müharibəni qızışdırmasını, nəticədə Azərbaycan Ordusunun strateji yüksəkliyi azad etməsini və məcburi köçkünlərin Cocuq Mərcanlıya təhlükəsiz qayıdışını təmin etməsini göstərmək olar. Bu müharibə nəticəsində Azərbaycan qoşunları Lələtəpə yüksəkliyinə nəzarəti bərpa ediblər. Bu, cəbhə xəttini Cocuq Mərcanlıdan bilavasitə ayırmağa və kəndə təhlükəsiz yolu təmin etməyə imkan verib. Nəticədə məcburi köçkünlər 23 il əvvəl dağıdılmış evlərinə ilk dəfə gedə biliblər.

Bu il Azərbaycan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün vəsait ayırıb. Hazırda 100 ailə üçün 100 ev tikilir.

Münaqişənin hüquqi aspektlərindən bəhs edən Qrinqer yazır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarmasını tələb edən dörd qətnaməsi mövcuddur. O vurğulayır ki, Azərbaycan Ordusu 1993-cü ildə olduğundan xeyli güclüdür və öz torpaqlarının hər qarışını geri qaytara bilər.

Məqalənin sonunda Qrinqer münaqişənin tezliklə həllinə və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasına ümidvar olduğunu bildirir.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …