Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Media / Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

O bildirib ki, müharibənin ilk günlərindən media susdurulub, ancaq Azərbaycan saytlarına giriş sərbəst olub: “İnsanlar Azərbaycan mətbuatında oturmuşdular. Polis bizim saytlarda və qəzetlərdə gedən məqalələrə görə akt tərtib edirdi, panika yaydıqlarına görə onları cərimələyirdi. Ancaq Türkiyə və Azərbaycan mediyasının “iynəsi” öz dağıdıcı işini görürdü. Hər gün insanların gözünə necə baxacağımızı düşünürdük”. oxu.az

Həmçinin oxuyun

AzTV-də audit yoxlaması aparılır

“Azərbaycan Televiziya və Radio Verilişləri”Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır. Bu barədə APA-ya AzTV-nin …