Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək

Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir. Kitabın müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır. Təqdimat 2016-cı il 21 oktyabr tarixində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin zalında saat 11:00-da keçiriləcək. Ünvan: AZ-1008, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 9. Əlaqə: (012) 489 08 94, (012) 489-95-06,

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın