Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Elmar Vəliyev ucuz işçi qüvvəsi tapıb… – ŞİKAYƏT

Elmar Vəliyev ucuz işçi qüvvəsi tapıb… – ŞİKAYƏT

Gəncədən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Belə ki, DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatda bildirilir ki, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev dövlət qurumlarında çalışanlardan, daha dəqiqi, yerli mədəniyyət idarəsinin işçilərindən həm də ucuz, daha dəqiqi, pulsuz işçi qüvvəsi olaraq da yararlanmaqdadır.

Dia.az-a yazılana görə, Gəncə şəhər Mədəniyyə idarəsinin işçiləri Gəncədə tikilən “Bazar” kompleksində qul əməyinə cəlb olunur: “Pulsuz zorla fəhləlik etdirirlər. Mədəniyyət işçiləri “Bazar” kompleksində fəhləlik etməlidirlər? Belə bir öhdəlikləri varmı?

Elmar Vəliyevin göstərişi ilə musiqi müəllimləri, muzey işçiləri, klub müdirləri, bir sözlə, bütün mədəniyyət işçiləri pulsuz ödənişsiz əməyə zorla cəlb edilir”.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın