Şənbə , Yanvar 16 2021
Ana səhifə / Media / Eldar Sultanov ölkənin ən yaxşı spikeri elan edildi

Eldar Sultanov ölkənin ən yaxşı spikeri elan edildi

2019-cu il ölkədə bir çox hadisələrlə yadda qalıb. İctimai-siyasi vəziyyət, iqtisadiyyatın dinamik inkişafı və bir çox hadisələr baş verib. Bu hadisələri ictimaiyyətə çatdırmaq üçün çalışan media nümayəndələri prosesdə hər il olduğu kimi ötən il də müəyyən çətinliklərlə üzləşiblər. Milli.az portalı bir sıra aparıcı media orqanlarının əməkdaşları ilə bu barədə sorğu keçirib və ötən il hansı qurumun mətbuat xidmətinin operativ işlədiyini öyrənib.

Sorğu nəticəsində məlum olub ki, ötən il media qurumları ilə ən yaxşı işləyən Eldar Sultanovun rəhbərliyi ilə Baş Prokurorluğun Mətbuat xidməti olub.

Rəyi soruşulan jurnalistlər bildiriblər ki, Baş Prokurorluğun Mətbuat xidməti bəzi dövlət orqanlarının mətbuat xidmətlərinə nümunə sayıla bilər.

Xüsusi qeyd edilib ki, xidmətin rəhbəri Eldar Sultanov operativ fəaliyyət göstərir, KİV-i maraqlandıran və rezonans doğuran hadisələr barədə tez və dəqiq informasiyalar verir.

Vurğulanıb ki, Baş Prokurorluğun Mətbuat xidmətinin başçısı KİV-in sorğularına çox diqqətlə yanaşır və heç vaxt onlara etinasızlıq göstərmir.

Siyahıda ikinci yeri Bakı Şəhər Baş Polis İdarəsinin, üçüncü yeri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətlərinin rəhbərləri tutub.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …