Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Media / Elçin Şıxlinski Prezidentə məktub yazdı: “Gördüyünüz işləri dəyərləndirməmək imkansızdır”

Elçin Şıxlinski Prezidentə məktub yazdı: “Gördüyünüz işləri dəyərləndirməmək imkansızdır”

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski ölkə Prezidenti İlham Əliyevə məktub yazıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Biz çox mürəkkəb bir zəmanədə yaşayırıq. Yaşadığımız hər bir gün daban – dabana zidd hadisələr, uğur və qələbələr, ürəyimizi dağlayan olaylar və onları əvəzləyən nailiyyətlərlə zəngindir. Bununla belə, bizim ən böyük sərvətimiz – müstəqilliyimiz, Azərbaycanımızın hazırkı və gələcək inkişafı, cəmiyyətimizin bu zəmində çiçəklənməsidir. Sizin bu yöndə gördüyünüz işləri dəyərləndirməmək imkansızdır.

Məmur – vətəndaş münasibətlərindəki dəyişikliklər, ölkəmizin özünümüdafiə və ordumuzun qüdrətinin artması, dünya siyasət meydanında uğurlarımız, rəngarəng və müxtəlif zümrələri təmsil edən Azərbaycan cəmiyyətinin birliyi, pandemiyanın ağır şərtləri altında və yağı düşmənin sərhədlərimizin toxunulmazlığına xələl gətirmək istədiyi bir zamanda xalqımızın ruh yüksəkliyi nümayiş etdirməsi onu göstərir ki, Siz ölkə rəhbəri kimi bütün bu proseslərin qaynağı, ilhamvericisi və yönləndiricisisiniz.

Mənim üçün Sizin tərəfinizdən “Vətənə xidmətə görə” kimi ali bir ordenlə mükafatlandırılmaq böyük şərəfdir. Hər birimiz üçün Vətənə xidmət etmək ən ümdə istəkdir.

Hörmətlə,

Elçin Şıxlinski

Azərbaycan Jurnalistlər Birliyinin sədri.

Həmçinin oxuyun

KİVDF-nin icraçı direktoruna ağır itki

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayilova …