Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Elçin Şıxlı ölkə başçısına təşəkkür etdi

Elçin Şıxlı ölkə başçısına təşəkkür etdi

Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Moderator.aza açıqlamasında  məlum sərəncama münasibət bildirən mərhum yazıçının oğlu, tanınmış media eksperti Elçin Şıxlı ölkə başçısına təşəkkürünü bildirdi:

“Düzü, yolda olduğum üçün bu barədə məlumatsız idim və bu xəbəri sizdən alıram. Çox şad oldum ki, ölkə başçısı belə bir sərəncam imzalayıb. Ölkə başçısına buna görə çox təşəkkür edirəm”.

E.Şıxlı İsmayıl Şıxlı yaradıcılığının sona qədər araşdırılıb-araşdırılmadığı ilə bağlı suala da aydınlıq gətirib:

“Düşünürəm ki, heç bir yaradıcılığını insanın yaradıcılığı sona qədər araşdırılıb bitirmək mümkün deyil.  Hər bir ərəfədə hər bir nəsil özü üçün nələrsə araşdırır.

Düşünürəm ki, bu gün üçün bir xeyli araşdırmalar var. Diplom işləri, dissertasiyalar yazılır və s. Yəqin ki, gələcəkdə də bu tədiqatlar davam edəcək”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …