Şənbə , Yanvar 16 2021
Ana səhifə / Media / Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb.

Tanınmış jurnalist yeni işinin formatı ilə əlaqədar Modern.az-a danışıb.


Elçin Şiıxlı bildirib ki, artıq İTV-də aparıcı kimi fəaliyyət göstərəcək.


““Pressinq” adlı verilişin həm müəllifi, həm də aparıcısıyam. Keçən il də bu layihə yayımlanırdı, sadəcə, indi mən aparıcı kimi çıxış edəcəm. Dünən artıq ilk buraxılış efirə getdi.  Veriliş həftədə bir dəfə, 1 saat olmaqla  cümə günü yayımlanacaq. Format da belədir ki, hansısa rəsmi struktun nümayəndəsi qonaq olub, 5 jurnalistin sualına cavab verəcək. Qarşıda başqa layihəm, işlərim yoxdur, hələ ki fikrimi bu verilişə yönəltmişəm”.

Həmçinin oxuyun

Vüqar Səfərli “Jurnalistlər binası”nın sakinlərinə necə tələ qurub… – Keçmiş mətbuat katibi maraqlı fakt AÇIQLADI

Bakı şəhər Baş Polis İdarəsinin eks-mətbuat katibi, “Xalq qəzeti”nin keçmiş əməkdaşı, “Jurnalistlər binası”nın hazırkı sakini …