Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “El Mundo”: Ermənistan Azərbaycanla “ağrılı” sülh imzaladı

“El Mundo”: Ermənistan Azərbaycanla “ağrılı” sülh imzaladı

İspaniyanın geniş oxuyucu kütləsinə malik “El Mundo” qəzetində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən noyabrın 9-da imzalanan birgə bəyanatın müddəaları, habelə sənədin Azərbaycan və Ermənistan xalqları tərəfindən necə qarşılanması barədə məqalə dərc edilib.

Məqalədə Prezident İlham Əliyevin Rusiya Prezidenti ilə videokonfrans formatında keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə istinad olunaraq, üçtərəfli bəyanatın imzalanmasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayacağı qeyd olunur.

Eyni zamanda, Prezident İlham Əliyevin noyabrın 10-da Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlərə toxunularaq, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya ilə yanaşı, Türkiyə hərbçilərinin də fəaliyyət göstərəcəyi diqqətə çatdırılır.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın sözləri də yer alıb: “Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Bu qərar hərbi vəziyyətin dərindən təhlili və sahənin ən yaxşı mütəxəssisləri ilə aparılan müzakirələr əsasında qəbul edilib”.

Məqalədə Azərbaycan üçün böyük tarixi və strateji əhəmiyyətə malik Şuşa şəhərinin noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunması xüsusi vurğulanır.

Həmçinin birgə bəyanatın Ermənistanda kəskin etirazla qarşılandığı, ölkədə iğtişaşların başladığı, nümayişçilərin hökumət və parlament binalarını ələ keçirdiyi, baş nazir N.Paşinyanın istefasının tələb olunduğu diqqətə çatdırılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …