Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Media / Ekspert: “144 illik Azərbaycan mətbuatı öz missiyasını davam etdirir”

Ekspert: “144 illik Azərbaycan mətbuatı öz missiyasını davam etdirir”

Bu gün Azərbaycan milli mətbuatının 144-cü ildönümü qeyd olunur.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a bildirib ki, bu gün Azərbaycan mətbuatı dünyanın sayılıb-seçilən mətbuatları sırasındadır:

“Azərbaycan mediasının problemsiz olduğunu iddia etmək olmaz, lakin ümumi mənzərə xoşdur: ölkədə qanunvericilik bazasında problem yoxdur və azad media fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bundan başqa, Azərbaycan dövlətinə rəhbərlik edən şəxs – prezident İlham Əliyev şəxsən özü dəfələrlə “Jurnalistlərin dostu” seçilib və bu seçimə hər zaman öz sadiqliyini nümayiş etdirib”.

Qeyd edək ki, ölkədə ilk mətbu orqanın — əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda 1991-ci ildən Milli Mətbuat günü kimi qeyd olunur.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …