Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cərimələri vəziyyəti düzəltmir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cərimələri vəziyyəti düzəltmir?

Avqustun 11-də “Siyəzəndəki yanğına səbəb neft tullantılarının yığışdırılmaması olub?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda FHN-in məlumatından sitat gətirilirdi: “Avqustun 10-da Siyəzən rayonunun Sədan kəndində neft quyusunda montaj işləri aparılan zaman quyunun ətrafına dağılmı648ebe3c7dd8-1ş neft məhsulları 80 kv/m sahədə və ümumi sahəsi 15 kv/m olan dəmir konstruksiyalardan ibarət köşkün içərisində quraşdırılmış elektrik lövhəsi və elektrik naqilləri yanıb. FHN-in verdiyi məlumata görə, buruq və ətrafda olan digər buruqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb”. Niyə neft məhsulları yann82quyu ilə yaxınlıqda olub və təhlükəsizlik qaydalarına uyğun olaraq ordan uzaqlaşdırılmayıb? Biz bu sualla SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevə verdik.

“Mən indi məzuniyyətdəyəm. Çox güman ki, neft məhsulları yox, neft tullantıları alışıb”, – deyə N.Quliyev cavab verdi. “Məgər neft tullantılarını yığışdırmaq lazım deyil?” – deyə soruşduq. “Niyə lazım deyil? Əlbəttə, lazımdır”. “Bəs niyə “Siyəzənneft”də neft tullantıları yığışdırılmayıb?” “Mən dedim axı, indi məzuniyyətdəyəm. Sizin suallarınıza cavab verə bilmərəm”, – deyə SOCAR-ın mətbuat katibi vurğuladı. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov sayta bildirdi ki, əvvəllər neft yataqlarında monitorinqlər aparıb.images

“Hazırda belə imkanlarım yoxdur”, – deyə T.Zeynalov qeyd edib. Telman Zeynalov qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütləq neft quyularının tullantılardan təmizlənib-təmizlənmədiyini yoxlamalıdır. Ekoloq mətbuat katibinin sözlərini belə şərh edib. “Aydınlaşdırmaq lazımdır, neft tullantılarının təmizlənməsinə ayrılan pullar hara xərclənib?”, – deyə ekoloq əlavə edib. Biz bu mövzunu davam etdirməyi qərara aldıq. Kavkaznews.az aydınlaşdırmaq istədi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi quyuların neft tullantılarından təmizlənib-təmizlənmədiyini yoxlayırmı? Biz bu suala cavab tapmaq üçün, ETSN-in Ekologiya və Ətraf Mühitin Mühafizəsi Departamentinin rəisi Rasim Səttarzadəyə müraciət etdik.

siaphoto_443938“Bəli, biz lazımi monitorinqləri aparırıq”, – deyə R.Səttarzadəbildirdi. “Bəs niyə sizin monitorinqlər zamanı neft tullantıları qeydə alınmayıb?” – deyə soruşduq. “Bilmirəm”, – deyə departament rəhbəri bizə cavab verdi. Milli Ekologiya Mərkəzinin sədri Telman Zeynalov onu da bildirdi ki, ETSN həqiqətən də neft yataqlarında monitorinqlər aparır. “Mən bunu dəqiq bilirəm, çünki ETSN yanında İctimai Şuranın sədriyəm”, – deyə T.Zeynalov qeyd etdi. Onun sözlərinə görə, ekologiya tələblərinin pozulduğu aşkarlandıqda ETSN qarşı tərəfi mütləq cərimələyir.

“Əgər ETSN həqiqətən də tələbi pozanları cərimələyirsə, bəs SOCAR-da neft tullantılarından alışma halları niyə olur?” – deyə soruşduq. “Ona görə ki, SOCAR-dakı rəhbər şəxslər cərimələri dövlətin vəsaitindən ödəyirlər, öz pullarından yox. Beləliklə, yenə də ekologiya tələblərini pozmağa davam edirlər”, – deyə T.Zeynalov cavab verdi. Kavkaznews.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın