Ana səhifə / Media / Ekologiya Nazirliyi jurnalistlərlə birgə ağacəkmə kampaniyası keçirir-FOTOLAR

Ekologiya Nazirliyi jurnalistlərlə birgə ağacəkmə kampaniyası keçirir-FOTOLAR

Bu gün  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakının Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində  növbəti ağacəkmə kampaniyası keçirilir.

Jurnalitlərin iştirakı ilə keçirilən aksiyada Zığ gölünün ətrafında ağaclar əkilib. 

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova aksiyanın müntəzəm xarakter aldığını deyib: “Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılması, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq nazirliyin əməkdaşları paytaxtın yaşıllaşdırılmasına, eləcə də mövcud yaşıllığın qorunub saxlanılmasına və yeni yaşıllıqların salınması üçün nəzərdə tutulan iş planına uyğun fəaliyyət göstərirlər. Bugünkü ağacəkmə kampaniyası da həmin ənənəvi tədbirlərin tərkib hissəsidir. Bu gün 5 mindən çox müxtəlif növ ağaclar və kollar əkildi ki, bu da Zığ gölünün ekoloji təmizliyi, ətrafının yaşıllaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu aksiyanı davam etdirməklə paytaxtımızın yaşıllaşdırılmasına yeni töhfələrini verəcəkdir”. 

Nazirlik sözçüsü deyib ki, ağacəkmə kampaniyasında jurnalistlərin də iştirakı təmin edilib:“Təxminən 50-dən çox jurnalist bu kampaniyaya qoşulub. Onları hər birinin yaşıllıqların qorunmasındakı bu zəhmətini yüksək qiymətləndirirəm”.

Xəzər
Cebhe.info

Həmçinin oxuyun

“Başqa səbəblərə görə həbs olunsaydım mənə təsir etməzdi” – Murad Köhnəqala

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra …