Cümə , Aprel 19 2024
Ana səhifə / Media / DYP-dən sürücülərə 150 manat cərimə xəbərdarlığı

DYP-dən sürücülərə 150 manat cərimə xəbərdarlığı

“Sabahdan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və görmə qabiliyyətini zəiflədən digər vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb olunacaq”.

Bunu AzVision.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən, qaydalara riayət etməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcək: ““May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər. “Yol hərəkəti haqqında” Qanunun bu tələbini pozan sürücülər 150 manat məbləğində cərimə ediləcəklər”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın