Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Dünyada yeni kompüter virusu yayıldı

Dünyada yeni kompüter virusu yayıldı

ABŞ-ın “Cisco Systems” telekommunikasiya şirkəti 50-dən çox ölkədə yarım milyona yaxın kompüterin yeni təhlükəli virusa yoluxduğu barədə xəbərdarlıq edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Şirkətin hesabatına görə, şərti olaraq “VPN Filter” adı verilmiş virus əsasən şəbəkə qurğularını, o cümlədən, modemləri, routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarır.

Zərərli proqram təminatı eyni zamanda saytlar haqqında məlumatları oğurlaya bilir.

54 ölkədə qeydə alınan “VPN Filfter” daha çox Ukraynada aktiv şəkildə yayılır.

Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə futbol üzrə Çempionlar Liqasının finalı ərəfəsində dövlət strukturlarına mümkün genişmiqyaslı kiberhücum haqda xəbərdarlıq etmişdi. (Virtualaz.org)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …