Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Media / Dünyada hər 122 nəfərdən biri qaçqındı… –

Dünyada hər 122 nəfərdən biri qaçqındı… –

BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığı (DAK) bütün dünyada didərginlik baxımından təhlükəli yeni dövrün başlandığı barədə xəbərdarlıq edib.

Bu barədə virtualaz.org saytına BMT-nin Bakı ofisindən məlumat veriblər.

Qurumdan deyiblər ki, BMT-nin son hesabatında hazırda 60 milyon insanın öz yurdunu tərk etməyə məcbur olduğu əksini tapıb.

Hesabatda qeyd olunur ki, indi bütün dünyada hər 122 nəfərdən biri ya qaçqın, ya məcburi köçkün. ya da sığınacaq axtarandır. Bu rəqəmi ölkələrin əhalisi üzrə götürsək, dünyada böyüklüyünə görə 24-cü ölkənin əhalisi qədər insan deməkdir. 2013-cü ildə 51,2 milyonla müqayisədə ötən il 59,5 milyon insan zorla didərgin salınıb.

Suriyada gedən müharibə nəticəsində hər gün orta hesabla 42.500 insan qaçqına, sığınacaq axtarana və ya məcburi köçkünə çevrilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirib ki, bir tərəfdən münaqişələri başlayanlar getdikcə daha çox cəzasız qalır, digər tərəfdən isə beynəlxalq birlik müharibələri dayandırmaq, sülhü bərqərar və mühafizə etmək üçün birgə əməkdaşlıq üçün gücsüz görünür.

Son beş ildə ən azı 15 münaqişə baş verib və ya yenidən baş qaldırıb. Qaçqınların yarısı uşaqlardır. Təkcə ötən il 13,9 milyon nəfər yeni məcburi köçkünə çevrilib ki, bu da 2010-cu ildəki saydan dörd dəfə çoxdur.

Hazırda bütün dünyada 19,5 milyon qaçqın var. 1,8 milyon nəfər isə sığınacaq barədə müraciətlərinin nəticəsini gözləyir.

Xatırladaq ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində 1 milyon azərbaycanlı da qaçqın və məcburi köçkün düşüb.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın