Ana səhifə / Media / Dünyada 67 jurnalist koronavirusdan ölüb

Dünyada 67 jurnalist koronavirusdan ölüb

“Dünyada COVİD-19-a yoluxub həyatlarını itirən jurnalistlərin sayı 67-yə çatıb. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın olub”.

Bu haqda  Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məlumat verib.

O, yalnız tanınmış jurnalist ölümlərinin  açıqlandığını və ölənlərin daha çox olduğunun ehtimal edildiyini bildirib:

 “Beynəlxalq təşkilatların hesabatlarına görə (PEC, İFJ və b), jurnalistlərin yoluxma və ölüm halları təqribən 25 ölkə ərazisini əhatə edir. Yüksək rəqəm – 9 jurnalistin ölümü ilə Ekvadorda qeydə alınsa da, siyahıda ABŞ, Britaniya, Rusiya kimi məşhur dövlətlər də yer tutur. Hesabat müəllifləri ehtimal edirlər ki, rəqəmlər daha yüksək ola bilərlər: “Çünki COVID-19 böhranı dövründə səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, jurnalistlər də zəruri işçilər kimi öndə oldular. Sadəcə, bəzi jurnalistlər yoluxma ilə əlaqəli testdən keçmədən öldülər. Digər tərəfdən isə, yalnız tanınmış, məşhur jurnalistlərin ölümləri elan edildi “.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …