Cümə , Oktyabr 23 2020
Ana səhifə / Media / Dünya ölkələrində internetin sürəti: Azərbaycan neçəncidir? (SİYAHI)

Dünya ölkələrində internetin sürəti: Azərbaycan neçəncidir? (SİYAHI)

Region ölkələri arasında ən sürətli internetin olduğu ölkə Ukrayna hesab olunur.
Dünyanın 196 ölkəsinin yer aldığı siyahıda Ukrayna internetin sürətinə görə ən yaxşı nəticə göstərən 37-ci ölkə olub. Ukraynada internetin orta sürəti 12,8 megabitə (Mbps) bərabər olub.ƏTRAFLIREKLAM
Azərbaycan siyahıda 98-ci sırada qərarlaşıb. Bildirilir ki, Azərbaycanda internetin sürəti 5,7 Mbps-ə bərabərdir. Bu göstəriciyə görə Azərbaycan region ölkələri arasında Ermənistandan, Türkmənistandan və Tacikistandan öndə qərarlaşıb.
Region ölkələrinin 196 ölkə arasındakı mövqeyi və internetin orta sürəti belə olub:
37. Ukrayna – 12,8 Mbps 44. Rusiya – 11,8 Mbps 50. Qazaxıstan – 10,6 Mbps 52. Belarus – 9,8 Mbps 61. Gürcüstan – 8,8 Mbps 74. Türkiyə – 7,6 Mbps 98. Azərbaycan – 5,7 Mbps 103. Ermənistan – 5,2 Mbps 109. İran – 4,7 Mbps 125. Türkmənistan – 3,6 Mbps 151. Tacikistan – 2,6 Mbps 
Məlumat üçün onu da qeyd edək ki, internetin ən sürətli olduğu ölkə Cənubi Koreya hesab olunur. Bu ölkədə internetin orta sürəti 28,5 Mbps-ə bərabərdir. İnternetin sürətlinə görə dünya ölkələrinin ilk 5-liyinə Norveç (23,5 Mbps ), İsveç (22,5 Mbps), Honk Konq (21,9 Mbps) və İsveçrə (21,7 Mbps) daxil olub.
İnternetin ən zəif olduğu ölkələrin başında isə Mali dayanır. Malidə internetin orta sürəti 0,77 Mbps təşkil edir. Malidən sonra internetin ən zəif olduğu ölkə Komor adaları (0,82 Mbps) və Niger (0,83 Mbps) hesab olunur. (Yeniavaz.com)

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …