Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Media / DTX-nın həbs etdiyi baş redaktorun istəyi reallaşmadı

DTX-nın həbs etdiyi baş redaktorun istəyi reallaşmadı

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən H.Vəliyevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Həmçinin oxuyun

KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq

Gələn il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq …