Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / DSMF-nin Gəncə şöbəsində rəsmi yoxlama…

DSMF-nin Gəncə şöbəsində rəsmi yoxlama…

Dünən Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş nəzarət  tədbiri üzrə Hesabat müzakirə olunub.

Kollegiya iclasına dəvət olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri Nizami Əhmədov və şöbə müdirinin müavini Bəyəli Xəlilov  müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını  cavablandırıblar.

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumuna təqdimatın göndərilməsi və audit tədbirinin nəticəsi barədə məlumatın Azərbaycan Respublikasının  Milli  Məclisinə  təqdim olunması qərara alınıb.

İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın