Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı açıqlama yaydı

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı açıqlama yaydı

Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalının fəaliyyətinə dair həqiqəti əks etdirməyən, böhtan xarakterli məlumatlarla bağlı açıqlama yayıb.
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatda bildirilir ki, həmin məlumatlarda vətəndaş Məcidova Almaz Kazım qızının şikayətinə istinadən Mərkəzi Gömrük Hospitalının həkimləri qeyri-peşəkarlıqda ittiham edilir və buna əsas olaraq adı çəkilən vətəndaşın həyat yoldaşı Əzizov Sadıq Mirbağı oğlunun cərrahiyyə zamanı dünyasını dəyişməsi hadisəsi göstərilir.

“Eyni zamanda, məlumatlarda şikayətçinin xəstəyə göstərilmiş tibbi xidmət müqabilində Mərkəzi Gömrük Hospitalına ödədiyi məbləği geri ala bilmədiyi vurğulanır.

Qeyd edək ki, M. Əzizov Mərkəzi Gömrük Hospitalına 05.07.2012-ci il tarixdə “ön birləşdirici arteriyadan subaraxnoidal qansızma” diaqnozu ilə qəbul edilib. Daxil olarkən vəziyyəti ağır, huşu soporoz vəziyyətdə olub. Hospitala daxil olduğu tarixdə xəstədə “beyin anevrizmasının endovaskulyar Coil embolizasiyası” əməliyyatı aparılıb. Xəstənin yaxınlarına tibbi xidmətin yüksək riskli olması barəsində məlumat verilib və xəstənin yaxını tərəfindən razılıq verildikdən sonra əməliyyat icra olunub. Xəstəyə göstərilmiş tibbi xidmət müqabilində ödənilən məbləğ məsrəflərə xərclənmiş və tərəflər arasında bağlanan müqavilədə qeyd olunduğu kimi, geri qaytarılması nəzərdə tutulmayıb.

Onu da nəzərə çatdırırıq ki, məlumatlarda sözügedən “Fərəc Quliyev” adlı şəxs Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının baş həkimi vəzifəsində çalışmır və ümumiyyətlə, Hospitalın tibbi heyəti arasında bu adda şəxs yoxdur”, – deyə məlumatda qeyd edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın