Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Dövlət Gömrük Komitəsi ölkəyə GMO gətirilməsinə şərait yaradır?

Dövlət Gömrük Komitəsi ölkəyə GMO gətirilməsinə şərait yaradır?

2016-də iyunun 13-də Milli Məclisdə “Çayçılıq haqqında” və “Taxıl haqqında” qanunlara əlavə və dəyişikliklər təklif edilib. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Çayçılıq haqqında” və “Taxıl haqqında” qanuna əlavə və dəyişiklik təklif edilir. “Çayçılıq haqqında” qanununa təklif edilən 10.3-cü maddəyə görə, “Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir” Qanunun 8.3-cü maddəsinə təklif olunan bəndə görə də “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir”. “Taxıl haqqında” qanuna təklif edilən 6.8-ci maddədə isə qeyd olunur ki, “Taxıl məhsullarının istehsalında və about-GMOs-food-farm-fielddövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir”. Qanuna təklif olunan 11.5-ci maddəyə görə isə, “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir”.

Qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradacaq. “Azərbaycamonsantona daxil olan GMO məhsullar ekspertizadan keçmir”, – deyə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Kavkaznews.az saytına bildirib. Onun sözlərinə görə, Amerikanın iri GMO ərzaqları istehsal edən “Monsanto”nun Türkiyədə böyük nümayəndəliyi var.

“Məndə olan məlumata görə, bu şirkət Azərbaycana böyük miqdarda GMO məhsulları gətirir. Bakıda iri miqdarda GMO məhsulu olan“Raundap” herbisidi satılır. Biz aydınlaşdırmaq istədik, həqiqətənmi Bakıda genetk modofikasiya olunmuş məhsullar satılırmı? Məlum oldu ki, “Agroservice”şirkəti ndə “DuPont” şirkətinin “Granstar” məhsulları satılır.

403833941Bununla yanaşı xatırladaq ki, GMO mədəniyyət və patentli 1970-ci illərdə yevgenika tərəfdarı Rokfeller Fondu və mahiyyətcə kimyəvi şirkətlər olan “Monsanto Chemicals”, “DuPont” və “Dow Chemicals”nin maliyyət dəstəyi ilə hazırlanıb. Hər üç şirkətin adı 1970-ci ildə “Agent Orange” yüksəktoksili GMO ilə bağlı qalmaqalda hallanmışdı.

“Ötən il noyabr ayında mən sübut etdim ki, Döimages-48vlət Gömrük Komitəsinin laboratoriyasında GMO məhsullara saxta sənədlər verilir”, – deyə E.Hüseynov bildirib.

E.Hüseynov qeyd edib ki, bu gün ölkəmizdə bir çox qanunlara məhəl qoyumlur.

“Azərbaycanda GMO məhsullarının satışı ilə bağlı, BMT-nin bioloji rəngarənglik haqqında sənədi olan Kartaxena protokolu da təsdiqləyir. Azərbaycan da bu protokola qoşulub. Azərbaycana saxta sənədlə GMO məhsulları gətirilir. Gömrük xidmətləri isə bu məhsulları yoxlamır”, – deyə E.Hüseynov qeyd edib. Biz DGK-nın mətbuat xidmətinin rəhbəri, gömrük polkovniki Natiq Axundovun da fikrini öyrənməyə çalışdıq, lakin o, həmişəki kimi, zənglərimizə cavab vermədi.  Qafqaznews.az

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın