Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / Dövlət strukturlarının kibermüdafiəsi gücləndirildi

Dövlət strukturlarının kibermüdafiəsi gücləndirildi

Prezident seçkiləri ilə əlaqədar Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) dövlət qurumlarının məlumat sistemlərinin mümkün kiberhücumlardan müdafiəsinin təmin olunması məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Trend-ə CERT-dən məlumat verilib.

Qeyd olunur ki, saytların və şəbəkələrin işi üzərində nəzarət gücləndirilib, kiberhücumlarla bağlı müvafiq tədbirlər görülüb. CERT-in əsas vəzifəsi dövlət strukturlarının resurslarının informasiya təhlükəsizliyinin təmin olunmasıdır.

Mümkün kiberhücumların dəf olunmasına hazırlıq yüksək səviyyədə təşkil olunub və 24 saat ərzində nəzarət altındadır.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …