Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Media / Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dövlət qurumlarının internet resurslarının fəaliyyətini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, aparılan monitorinqlərin nəticəsi göstərir ki, dövlət qurumları qanunvericilikdə nəzərdə tutulan informasiyaların internet resurslarında yerləşdirilməsinə çalışırlar: “Yəni informasiya açıqlığı göstəricisi artmağa doğru gedir. Qanunvericilikdə bəlli informasiyalar var ki, dövlət qurumu məcburən onu açıqlamalıdır. Biz bunu informasiyanın keyfiyyəti, kəmiyyəti və əlçatımlığı baxımından qiymətləndiririk. Ancaq onu demək lazımdır ki, bu sahədə də dövlət qurumları arasında ciddi bərabərsizlik var. Xeyli sayda dövlət qurumunda informasiya açıqlığı göstəricisi aşağıdır”.

Qeyd edək ki, Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib. Qərarla Reyestrin bölmələrinə “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.

Həmçinin oxuyun

Televiziya nazirliyi sərt tənqid etdi: “Özləri rahat kresloda oturub…” – Video

Qubada fəaliyyət göstərən regional televiziya olan Qafqaz TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini sərt …