Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Dövlət qurumları qışa hazırdırmı? – AÇIQLAMA

Dövlət qurumları qışa hazırdırmı? – AÇIQLAMA

Havalar günbəgün soyuyur və artıq qış mövsümünə doğru gedirik. İnsanları düşündürən məsələlərdən biri də kommunal xidmət göstərən qurumların qışa hazırlığı məsələsidir.

Bu qurumların qışa hazırlığının hansı səviyyədə olduğunu öyrənmək üçün onlarla əlaqə saxladıq.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qışa tam hazır olduqlarını dedi: “Mən çox böyük qürur hissi ilə demək istəyirəm ki, ”Azərişıq” qış mövsümünə tam hazırdır. İstər yay, istər yaz, istər payız, istərsə də qış olsun, biz heç bir fəsilə fərq qoymadan əsas missiyamızıa – abonentlərimizin 24 saat işıqla təmin olunmasına tam hazırıq. Keyfiyyətli enerji təchizatı ilə yüksək səviyyədə qışa da hazırlaşmışıq. Hesab edirəm ki, bu qış əvvəlki qışlardan fərqli olacaq. Çünki ildən-ilə apardığımız yenidənqurma işləri, təmir tikinti işləri, yeni inşa etdiyimiz yarım stansiyalar sayəsində hətta ən ucqar yerlər, bir sözlə, hər bir ərazi elektrik enerjisi ilə təchiz olunacaq. Yəni bizim hazırlığımız yüksək səviyyədədir”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da qışa hazır olduqlarını dedi: “Həm içməli su təchizatı, həm də kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı işlərimiz gedir. Bilirsiniz ki, qış aylarında şaxtalı havalarda su təchizatı ilə bağlı müəyyən problemlər ola bilər. Bununla bağlı ”Azərsu” Səhmdar Cəmiyyətinin istismar etdiyi şəbəkələrdə heç bir problem yoxdur. Həm nasosxanalarımız, həm paylayıcı xətlərimizin hamısı bu gün istismardadır və qarlı, soyuq günlərdə də istismarda olacaq. Kanalizasiya şəbəkələrimizdə də mütəmadi olaraq yoxlamalar aparırıq. Yağış barmaqlıqlarının, kanalizasiya quyularının təmizlənməsi, kanalizasiya xətlərinin yuyulması ilə bağlı işlərimiz davam edir. Buna görə də qış aylarında hansısa ciddi bir problem gözləmirik. Qarlı günlərdə bəzən suallar verirlər ki, donmalar olur. Donmalar əsasən həyət evlərində olur. Hansı ki, insanlar tərəfindən primitiv qaydada su xətləri çəkilib. Havalar da soyuq olanda, temperatur sıfırın altına düşəndə donma halları həmin ərazilərdə baş verə bilir”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev dedi ki, qış mövsümünə tam hazırlıq görülüb: “İlin fəslindən asılı olmayaraq əhali tələbata uyğun olaraq mavi yanacaqla təmin olunur. ”Azəriqaz” İstehsalat Birliyi istehlakçıların qaz təminatının yaxşılaşdırılması, o cümlədən tələbata uyğun, fasiləsiz təbii qazla təmin olunması sahəsində də bir sıra tədbirlər həyata keçirir. “Azəriqaz”ın may ayından etibarən 2016-2017 payız qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun olaraq 2016-cı ilin may-sentyabr aylarında respublika üzrə 17607 qaz kəməri təmir edilmiş və yeni qaz xətləri çəkilmişdir. Çəkilmiş qaz xətləri üzərində 154 ədəd qaz tənzimləyici, 43 siyirtmə quraşdırılıb. O cümlədən də çəkilmiş qaz xətlərindən Bakı Regional Qaz Departamenti tərəfindən payız qış mövsümü ilə əlaqədar 2759 panametr uzunluğunda qaz kəməri çəkilib. İstismara qaz xətləri yenisi ilə əvəz olunub. 65 ədəd qaz tənzimləyicisi , 19 ədəd siyirtmə quraşdırılıb. Bu, Bakı şəhərinə aiddir. Ümumiyyətlə, “Azəriqaz” İstehsalat Birliyi regionlar üzrə qaz təchizatının yaxşılaşdırılması, qəsəbə və kəndlərin qazlaşdırılması, uzun müddət təbii qaz olmayan yaşayış məntəqələrinə təbii qazın verilməsi istiqamətində xeyli işlər görülüb. Cari ilin 9 ayı ərzində 158 yaşayış məntəqəsi tərəfimizdən qazlaşdırılaraq mavi yanacaqla təmin olunub. Bu yaşayış məntəqələrinin qazlaşdırılması üçünsə 7214,6 panaqometr yeni boru xətti çəkilib, 225 kilometr boru xətti isə əsaslı təmir olunub.

İstehsalat birliyi hündür mərtəbəli binalara da təbii qazın verilməsi istiqamətində bir sıra işlər aparıb. Bu işlər nəticəsində cari ilin 9 ayı ərzində 275 hündürmərtəbəli binalara qazın verilməsi təmin edilib ki, bu da 8434 mənzili əhatə edir. Qazın satışı ilə məşğul olan bir qurum olaraq təhlükəsizliklə bağlı sənədləri olan bütün çoxmərtəbəli binalara qazın verilməsinə hazırdır. Qəza halları baş verdikdə istehlakçılarımız dərhal 104 və 185 saylı qaynar xəttə müraciət edirlər ki, həmin çağrı mərkəzlərimiz də sutkanın 24 saatı fəaliyyət göstərir. Ümumiyyətlə, “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə tam hazır olduğu üçün havaların qarlı-şaxtalı keçəcəyi dönəmlərdə də istehlakçılarımızı təbii qazda hansısa məhdudiyyət gözləmir”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın