Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Dövlət Komitəsi mülkiyyətçinin hüquqlarını dəstəkləyir

Dövlət Komitəsi mülkiyyətçinin hüquqlarını dəstəkləyir

İyulun 9-da “Tovuz sakini: “Oliqarxlar torpaq sahəmi əlimdən almaq istəyir”başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə Tovuz sakini Camal Qasımovun müraciətindən söz açılırdı. O bildirib ki, 2007-ci ildə Tovuz Bələdiyyəsindən 4 sot torpaq sahəsi alıb.“Alqı-satqı tamamilə qanuni əsaslarda baş verib. Mən pulu bələdiyyənin hesabına yatırdım. Bələdiyyə də öz növbəsində bu torpağı mənim mülkiyyətimə verdi”, – deyə C.Qasımov bildirib. Onun sözlərinə görə, qonşuluqda “Azərittifaq” nəzdindəki un məmulatları kombinatının torpaq sahəsi yerləşirdi.

“Bir hektar və iki sot torpaq sahəsi Bakı sakini Azər Əliyev tərəfindən özəlləşdirilmişdi. Sonra, o, öz torpağını başqalarına satdı. 2015-ci ildə isə Azər Əliyev İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, mənim Bələdiyyə ilə alqı-satqı müqaviləmi ləğv etdirməyi və məni mülkiyyət hüququndan məhrum etməyi tələb etdi. Onun iddiasına görə, mənim torpağım onun “Azərittifaq”dan əldə etdiyi torpaq sahəsinin bir hissəsi idi və Tovuz Bələdiyyəsi bu torpağı mənə satmaq hüququna malik deyildi. Amma bu, ağ yalandır. Xüsusi ekspertiza aparılıb və sübut olunub ki, mənə aid olan torpaq sahəsinin “Azərittifaq”dan alınan torpaq sahəsi ilə heç bir əlaqəsi olmayıb”, – deyə C.Qasımov qeyd edib.

“Stop. Amma siz özünüz bizə dediniz ki, Azər Əliyev ona aid torpaq sahəsini satıb. Onda hansı əsasla sizə qarşı iddia irəli sürür?” – deyə soruşduq.“Gəncə İnzibati-İqtisad Məhkəməsi qərar verdi ki, Azər Əliyev mənə məxsus torpaq sahəsinə iddia etmək haqqına malik deyil. Onda Azər Əliyev Gəncə Apellyasiya Məhkəməsinə müraciət etdi. Gəncə Apellyasiya Məhkəməsi isə qərar qəbul etdi ki, birinci instansiya Azər Əliyevin subyektiv mülkiyyətin hüquqlarını pozub”, – deyə C.Qasımov cavab verib.Azər Əliyev öz torpaq sahəsini başqasına satdığı halda, hansı əsasla Camal Qasımovun torpaq sahəsinə iddia edir? Və niyə torpağın qaytarılması iddiası 2015-ci ildə, onun özəlləşdirilməsindən 8 il sonra qaldırılıb?

Bu sualları biz Azər Əliyevin özünə də verdik. Amma təəssüf ki, Azər Əliyev bizimlə danışmaqdan imtina etdi.C.Qasımovun fikrincə, ondan torpaq sahəsini almaq istəyənlər var.“Mənim torpağım qonşuluqda böyük bazar tikən oliqarxların xoşuna gəlib. İndi isə onlar mənim mülkiyyətimi əlimdən almaq istəyirlər. Amma bu onlarda alınmayacaq”, – deyə C.Qasımov bildirib.

Bu günlərdə Camal Qasımov kavkaznews.az-a müraciət edərək, yeni məlumatlar verdi. Onun sözlərinə görə, torpaq sahəsini zəbt etməyə çalışan oliqarx Tovuz rayon sakini Zamin Ocaqverdiyevdir.

“2014-cü ildə Zamin Ocaqverdiyev Tovuz Rayon Məhkəməsinə müraciət edib. O, iddiasında göstərmişdi ki, əvvəl Tovuz un məmulatları kombinatına məxsun 1653 kv metrlik sahəni alıb. Onun iddiasına görə, mən ona məxsus sahəni zəbt etmişəm”, – deyə C.Qasımov bildirib. Tovuz rayon məhkəməsinin hakimi Adil Məmmədov 18 noyabr 2014-cü ildə Ocaqverdiyevin iddiasını təmin edib. Camal Qasımov Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edib.

2015-ci il fevralın 10-da Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə Tovuz Rayon Məhkəməsinin qərarını ləğv edib. Camal Qasımov bizə Əmlak Məsələləri üzrə Komitənin yanındakı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 dekabr 2015 tarixli məktubunu təqdim etdi.

Bu məktubda bildirilir ki, 2015-ci il dekabrın 1-də Zamin Ocaqverdiyev yenidən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edib və Camal Qasımovu onun torpağını zəbt etməkdə günahlandırıb.

“Xidmətin eksperti Elmar Səidov Ocaqverdiyevin ittihamlarını təkzib etdi və sübut elədi ki, mən özgə torpağını zəbt etməmişəm”. Biz Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilovdan yaranmış vəziyyəti şərh etməyi xahiş etdik. “Daşınmaz Əmlakın Reyestri və Kadastrı Xidməti komitənin tərkibinə 2009-cu ilin mayında keçib”, – deyə Q.Xəlilov qeyd edib. Mətbuat katibi qeyd edib ki, ƏMDK Camal Qasımovun mülkiyyət hüququnun qanuni olduğunu sübut etməyə hazırdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın