Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Media / “Dostlar inşaat”dan narazılıq var – ŞİKAYƏT

“Dostlar inşaat”dan narazılıq var – ŞİKAYƏT

Bakı sakini Narxanım Fərəməz qızı Quliyeva “Dostlar inşaat” MMC-dən şikayətçidir. Şikayətçi bildirir ki, adıçəkilən firmanın Xırdalan şəhərində inşa etdiyi binadan 2008-ci ildə iki mənzil alıb. Lakin müəssisənin rəhbərliyi müqavilənin şərtlərinə əməl etməyərək, mənzilləri hələ də N.Quliyevaya verməyib. Şikayətçinin sözlərinə görə, həmin mənzillər başqa şəxsə yenidən satılıb və hazırda orada yaşayış var.

Narxanım Quliyeva problemi ilə bağlı müxtəlif instansiyalara müraciət edib. Hətta məsələ ilə bağlı Abşeron rayon Məhkəməsinin şikayətçinin xeyirinə olan qərarı da icra olunmayıb. Lazımı qurumlardan kömək ala bilməyincə, Narxanım Quliyeva “Yeni Müsavat” qəzetinə müraciət edərək problemini ictimailəşdirmək qərarına gəlib.

Şikayətçi problemini daha geniş formada aşağıdakı kimi anlatdı:
“Mən üç övlad anasıyam. İki qızım və bir oğlum var. Həyat yoldaşım ağır şəkər xəstəsidir. Biz həm öz ailəmiz, həm də ailə qurmuş böyük qızım üçün yeni mənzil almaqdan ötrü evimizi və bütün dəyərli əşyalarımızı satdıq. Həmin pulla “Xalis İnşaat” MMC-nin (hazırkı adı “Dostlar İnşaat” MMC) direktoru Vitali Kamil oğlu Mehdiyevlə 30 mart 2008-ci il tarixində kooperativ binada iki mənzilin alınması barədə müqavilə bağladıq. Müqavilənin şərtlərinə əsasən “Dostlar İnşaat” MMC Abşeron rayonu, Xırdalan şəhərində inşa etdiyi binada ümumi sahəsi 111.46 kvadrat metr olan hər biri 3 otaqlı 24 və 31 saylı mənzilləri tikib mənim istifadəmə verməyi öz öhdəsinə götürdü. Mənzillərin 1 il yarıma hazır olacağı bildirilsə də, hələ də istifadəmə verilməyib. Hazırda quruma Eldəniz adlı şəxs rəhbərlik edir. O isə bildirir ki, müqaviləni Vitali imzalayıb, problemin həlli üçün də ona müraciət etməliyik. Lakin Vitalinin harada olduğu bilinmir. Problemlə bağlı Abşeron rayon Məhkəməsinə də müraciət etdim. Məhkəmə ədalətli qərar çıxarıb qətnamə qəbul etdi. Qətnaməyə görə, “Dostlar İnşaat” MMC 30 mart 2008-ci il tarixli müqavilələrə əsasən yuxarıda qeyd etdiyim mənzillər mənim mülkiyyətimə verilməlidir. Lakin məhkəmə qərarı hələ də icra olunmayıb. İndi həmin binanın yanında başqa biri də tikilib. Deyirəm ki, heç olmasa oradan mənə bir ev verin. Onu da etmirlər. Mənim üçün çox çətindir. Artıq 5 ildir ki, kirayə evdə qalıram. Oğlum iş tapa bilmir. Həyat yoldaşım bu cür ağır şəkər xəstəliyi ilə fərdi əməklə məşğul olur. Mən isə tikiş tikərək pul qazanıram. Evin labüd xərclərini aylıq kirayə haqqını da ödəyə bilmirəm. İntihar etmək həddinə çatmışam. Kiçik qızım orta məktəbdə oxuyur. Vəziyyət elədir ki, artıq ona yolpulu verə bilmirəm. Bu barədə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi cənab Xanlar Zeynalova iki dəfə müraciət məktubu ünvanladım. İş baxılması üçün Abşeron rayonu İcra şöbəsinin rəisi cənab Füzuli Hüseynova göndərildi. Lakin bu məsələ öz həllini tapmadı. Mənə icra olunmaması ilə bağlı tutarlı fakt səbəb gətrilmədi və rəsmi cavab verilmədi”.

Məsələ ilə bağlı sözügedən tikinti qurumu ilə əlaqə yaratmağa cəhd etsək də, buna nail ola bilmədik. Şikayətdə adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

“Dostlar inşaat”dan narazılıq var
“Dostlar inşaat”dan narazılıq var
“Dostlar inşaat”dan narazılıq var
“Dostlar inşaat”dan narazılıq var
“Dostlar inşaat”dan narazılıq var
“Dostlar inşaat”dan narazılıq var
“Dostlar inşaat”dan narazılıq var
“Dostlar inşaat”dan narazılıq var

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın