Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / Dörd minə yaxın müəllimin maaşına nə oldu? – Abşeronda

Dörd minə yaxın müəllimin maaşına nə oldu? – Abşeronda

Abşeron rayonunda bir qrup təhsil işçisi məvaciblərini ala bilmir.

Bu barədə “Qafqazinfo” ya Abşeron rayonundakı məktəblərdə çalışan təhsil işçiləri bildiriblər. Şikayətçilərin sözlərinə görə, artıq 2 aydır 3863 müəllim məvacibini ala bilmir. Müəllimlər bildirir ki, gecikmə ilə bağlı onlara heç bir açıqlama verilmir.

Məsələyə aydınlıq gətirmək məqsədilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxladıq.

Suallarımızı cavablandıran aparıcı məsləhətçi Nizami Abbasov bildirdi ki, noyabr ayının məvacibi artıq hesablara köçürülüb: “Bu gün axşamadək bütün müəllimlər əmək haqlarını alacaqlar. Dekabr ayının maaşları isə 1 həftə-10 gün ərzində hesablara yatırılacaq”.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın