Xüsusi örtüklə ağzı bağlı olan dondurmanın içindən nəsə çıxacağını heç kəs gözləməzdi. Xüsusilə də bişmiş toyuğun bud sümüyünün çıxmasını.

Paytaxt sakini Rasim Mikayılovun həyat yoldaşı dondurmanın yarısını yedikdən sonra qəribə bir dad hiss edib. Dondurmanın içindəki bərk cismi ilk baxışdan daşlaşmış şəkər zənn etsə də, sonradan diqqətlə baxdıqda toyuğun bud sümüyü olduğunu görüb.

Hadisə göstərir ki, dondurma alarkən bir daha ehtiyatlı olmaq vacibdir. Toyuq sümüyü çıxan dondurmadan daha nəyin çıxa biləcəyini təsəvvür etmək çətin deyil.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindən bildirdilər ki, vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər. Araşdırma nəticəsində həmin fakt təsdiqini taparsa, istehsalçı qanunlara uyğun olaraq cəzalandırılacaq.