Ana səhifə / Media / Dondurma istehsalı sahəsində yoxlamalar həyata keçirilir

Dondurma istehsalı sahəsində yoxlamalar həyata keçirilir

Dondurma istehsalı sahəsində yoxlamalar həyata keçirilir
Dondurma və sərinləşdirici içkilərə tələbatı nəzərə alaraq Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ümumi qaydaya əsasən adıçəkilən məhsullara dair yoxlamalar həyata keçirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Dövlət Sanitariya nəzarəti tərəfindən martın 1-dən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq plan üzrə və ya plandankənar təşkil olunur.

Bu baxımdan cari ilin iyun ayında respublika ərazisində fəaliyyət göstərən 4 dondurma istehsalı sahəsində və 6 sərinləşdirici içkilər istehsalı sahəsində yoxlamalar həyata keçirilib.

Mövsüm ərzində dondurma istehsalı müəssisələrində sanitariya qayda və normalarının pozulması barədə müraciətlər olarsa qanunvericiliyə uyğun yoxlamalar həyata keçiriləcək.

Respublikanın Baş dövlət Sanitariya həkiminin müavini tərəfindən qəbul edilmiş 21saylı 06.07.2006-cı il tarixli qərarla əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağan olunub.

Açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarına yol verilməsi nəzərə alınaraq istehsal edilən açıq kvas məhsuluna gigiyenik sertifikatlar verilməyib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın