Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Divarları həkim elanları “bəzəyir” – VİDEO

Divarları həkim elanları “bəzəyir” – VİDEO

Dayanacaqlarda və yaşayış binalarının girişlərində çoxsaylı elanlara, yəqin ki, siz də rast gəlmisiniz. Kimisi usta xidməti, kimisi də fərdi müəllimlik xidməti təklif edir.

Ancaq bu elanlar arasında elələri də var ki, birbaşa səhhətimizlə bağlıdır. Məsələn, kimsə ucuz qiymətə müayinə və müalicə təklif edir. Halbuki o qiymətə heç bir xəstəxanada xidmət yoxdur. Bəs görəsən sağlamlığımızı, səhhətimizi küçə elanlarındakı həkimlərə etibar edə bilərikmi?

Dayanacaqlara, binaların giriş qapılarına, hətta liftlərə reklam xarakterli elanlar ayaq açıb.

Müxtəlif peşə sahiblərinə məxsus belə elanlar arasında sağlamlıqla bağlı olanları da kifayət qədərdir. Hər tinbaşı rast gəlinən belə elanlara vətəndaşların münasibəti müsbət deyil.

Paytaxtın az qala bütün küçələrinə yapışdırılan belə elanlardan birində qeyd edilən telefon nömrəsi ilə biz də əlaqə saxladıq.

Zəngimizə cavab verən şəxs deyir ki, onların xidmətlərindən kifayət qədər insan istifadə edir. Məsələ burasındadır ki, belə elanlarda insanlar əsasən müayinələrin və ya həkim qəbulunun qiymətlərinə baxırlar. Ciblərinə uyğun qiymət görən kimi dərhal göstərilən telefon nömrəsinə zəng edirlər. Ancaq həkim-terapevt Mətanət Cəfərova deyir ki, insanlar belə elanlardakı nömrələrlə əlaqə saxlayan zaman və ya ünvana üz tutarkən ilk növbədə həkimin peşəkar olub-olmadığı ilə maraqlanmalıdırlar:

Əks təqdirdə səhhətinizlə bağlı qaş düzəldən yerdə, vurub gözü çıxararsınız.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın