Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Media / Diqqət: Gözəllik salonlarında real təhlükə

Diqqət: Gözəllik salonlarında real təhlükə

Gözəllik salonları ilə bağlı bizim quruma xeyli sayda şikayətlər daxil olur.

Bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov gözəllik salonları ilə bağlı çoxsaylı şikayətlərdən danışarkən Axar.az-a deyib. Onun sözlərinə görə, istehlakçılar qiymətdə problem yaşamamaq üçün mütləq şəkildə qəbz tələb etməlidirlər:

“Əgər gözəllik salonları müştərilərə qəbz verməsə, onlar “195-1” nömrəsinə zəng edərək Vergilər Nazirliyinin, xidmətin keyfiyyəti aşağı səviyyədə olarsa, “195-2”-lə əlaqə saxlayıb İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə məlumat verməlidirlər. Paytaxtda yerləşən əksər gözəllik salonlarda standartlara əməl olunmur. Təəssüf ki, bu sahədə böyük qanun boşluğu var. Azad İstehlakçılar Birliyinə belə obyektlərlə bağlı çoxlu şikayətlər daxil olur. Qiymətlərin tənzimlənməsi ilə bağlı gözəllik salonlarda heç bir dövlət standartı yoxdur. Gözəllik salonları, eləcə də kişi bərbərxanaları ilə bağlı dövlətin heç bir tənzimləyici sənədi mövcud deyil. Belə yerlər yalançı gözəllik bəxş etmək adı ilə təcrübəsiz insanların çalışdığı təhlükəli xəstəliklərin başlıca mənbəyinə çevrilib. Bu cür salonlarda qan xəstəliklərinin yayılması riski yüksək olur”.

Həmçinin oxuyun

Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində – Video

44 günlük savaş dövründə Azərbaycan və Türkiyə dövlət və ordularına qarşı ağlasığmaz böhtanlar yağdırmış, erməni …

Bir cavab yazın