Ana səhifə / Media / DİQQƏT! Bu bölgələrdə sürüşmə aktivləşdi – Əhali köçürülə bilər – VİDEO

DİQQƏT! Bu bölgələrdə sürüşmə aktivləşdi – Əhali köçürülə bilər – VİDEO

“7 evə ziyan dəyib, əhali köçürülüb”
Sürüşmə zonalarında çatların genişlənməsinin səbəbi nədir?
Ölkə ərazisindəki bəzi sürüşmə zonalarında aktivlik müşahidə olunur. Ötən ayın təhlilləri bunu deməyə əsas verir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.
Sürüşmə zonalarında olan çatlar yağış suları ilə dolur və nəticədə çatlar genişlənir. Qeyri sabit hava şəraiti bəzi yerlərdə sürüşmə prosesini sürətləndirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin iyul ayı üçün təhlilləri göstərir ki, paytaxtın  Zığ və Masazır qəsəbələrindəki sürüşmə bölgələrində aktivlik müşahidə olunur. Bu sahələrdə olan çatlar 1 santimetrədək genişlənib. Bölgələrdə isə yeni sürüşmə zonası qeydə alınıb.
Ələmdar Piriyev – Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu: “İsmayıllının Basqal yolu üzərində yeni sürüşmə ocağı qeydə alınmışdır. Orada sürüşmə uzunluğu 1 kilometrə çatıb”.
Sürüşmənin aktivləşdiyi digər bölgələr isə Şamaxı,Talış zonası, Muğanlı-İsmayıllı, Bakı-Ağsu və Bakı-Şamaxı yolunun keçdiyi ərazilərdir. Sürüşmə nəticəsində yolların bəzi hissələri sökülsə də, sonradan bu problem artıq aradan qaldırılıb, təhlükəsizlik tədbirləri görülür.
Ələmdar Piriyev – Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu: “Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində yolun bir hissəsində istinad divarı qurulub. Zığda da əhalinin təhlükəsizliyi üçün müəyyən evlərdən köçürülmə olub. Basqal yolunda baş verən sürüşmə zamanı 7 evə ziyan dəyib, o evlərdə yaşayanlar təhlükəsiz əraziyə köçürülüb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirirlər ki, sürüşmənin aktiv olduğu yerlərdə vəziyyət kritik həddə çatarsa, burada yaşayan insanlar köçürüləcək. (Region TV)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın