Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / DİN-dən tapşırıq verilir, ancaq DYP-də məhəl qoymurlar – Generalın işçiləri şikayətçini qapılara salıb

DİN-dən tapşırıq verilir, ancaq DYP-də məhəl qoymurlar – Generalın işçiləri şikayətçini qapılara salıb

Bakı şəhəri Xətai rayon sakini Məmməd-Hüseyn Cəfərovun başına maraqlı hadisə gəlib.

Bu barədə Mia.az-a verilən məlumata görə, o, 2010-cu ildə özünə məxsus olan “Hundai Sonata” markalı, 90 XF 908 dövlət nömrə nişanlı avtomobilini Naxçıvan Muxtar Resbublikasında doğulan bir nəfərə etibarnamə ilə satıb:

“Həmin vaxtı maşın “Royalbank”da kreditdə idi. Alan adam krediti öz üzərinə götürdü və beələliklə, alqı-satqı həyata keçirildi. Lakin bunun üstündən təxminən 4 il sonra mənə bankdan və məhkəmədən məktublar gəldi ki, bəs sənin maşına kredit borcun var. Buna görə həmin şəxsi axtardım, tapdım. Dedim borcunu get ödə, məni narahat eləməsinlər. Lakin söz versə də, buna əməl etmədi”.

Şikayətçi deyir ki, bundan sonra ona məhkəmədən bildiriş gəlib ki, bəs həmin banka olan 603 dollar borca görə ölkədən çıxışına da qadağa qoyulub: “Bundan sonra bu işlə daha ciddi məşğul olmağa başladım. Aydın oldu ki, bankın tələbi ilə Xətai məhkəməsində hakim Namidar Misirzadə 13 noyabr 2014-cü ildə maşının borcuna görə üzərinə həbs qoyulması və mənim ölkədən çıxışıma qadağa haqda qərar verib. Bundan sonra Xətai icra şöbəsinə getdim, vəziyyəti nəql edib, şikayət verdim. Eyni zamanda, maşını satdığım adama verdiyim etibarnaməni ləğv elətdirdim ki, bəlkə adam üzə çıxar, gəlib borcunu ödəyər. Nə isə. Məhkəmədən və icra icra şöbəsiinə etiyim şikayət əsasında bundan sonra maşın rəsmən axtarışa verildi. Lakin bu müddətdə nə maşını hazırda sürən adam ortaya çıxdı, nə maşın axtarılaraq, tapıldı. Halbuki maşını sürən şəxs əsasən Binəqədi ərazisində taksi kimi fəaliyyət göstərir”.

Şikayətçi deyir ki, Xətai icra şöbəsinin icra məmuru 18 mart 2016-cı ildə 90 XF 908 nömrəli maşının axtarışa verilməsi və tapılaraq mənə verilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova rəsmi məktub və sənədlərlə müraciət edib:

“Həmin sənəd oradan da Bakı şəhər DYP-nə göndərildi. Bu qurum isə əvvəlcə məni Binəqədi DYP-yə göndərdi. Dedilər ki, həmin maşın daha çox o rayon ərazisində görülür deyə, ora gedim. Getdim, orada mənə gülərək dedilər ki, ortada səni oynadırlar. Ancaq rişxəndə baxmatyaraq, axtarış sənədinin bir nüsxəsini ora verdim. Ancaq yenə xeyri olmadı.

Məcbur qalıb, 102-yə zəng elədim. Oradan edilən zəngdən sonra şəhər DYP-də məni qəbul edib, tezliklə tapılacağını dedilər. Lakin aradan ötən aylarda Bakıda taksi kimi sürülən maşını axtaran və saxlayan olmadı. Bu müddət ərzində isə mənə radar cərimələrii də gəlməyə başlayanda təkrar 102-yə zəng ediib, məhkəmə qərarının icra olunmamasından şikayət elədim. Bundan sonra məni yenidən Badamdardakı şəhər DYP-nə çağırıb dedilər ki, “get o maşına sərnişin kimi otur, sənin yolpulu xərcini də verəcəyik, maşında olanda zəng elə, gələk tutaq”. İnanırsınızmı, elə belə də dedilər. O zaman sual verdim ki, bizrdən maşında əlbəyaxa olduq, bəs buna kim cavab verəcək? Bundan sonra dedilər o naxçıvanlıdır, saxlaya bilmirik maşınını”.

Maşının mövcud vəziyyətə görə qanuni sahibi deyir ki, vaxtı iə satdığı maşının bank borcuna görə hazırda sürdüyü maşının üzərinə də həbs qoyulub, üstəlik ölkədən də şıxa bilmir: “Baxın, mənim əmlakıma belə həbs qoya bilib, özümün də ölkədən çıxışıma qadağa qoysalar da, etibarnaməsi ləğv edilmiş və məhkəmənin rəsmi qərarı ilə axtarışda olan maşını bir neçə ildir Bakının göbəyində tuta bilmirlər. Hüququ dövlətdə bunun necə və niyə yaşandığını anlaya bilmirəm. Başqa vaxtı, başqa məsələ olsaydı, cinayət törədəni heç məhkəmə qərarı olmadan yerin deşiyindən tutub çıxarırlar. Lakin Bakıda taksi xidməti göstərən maşını bir ildir guya tuta bilmirlər. Məndə kiməsə görə məhrumiyyətlərdən yaxa qutara bilmirəm. Ümid edirəm ki, bu şikayətdən sonra Daxili İşlər Nazirliyi birbaşa məsələyə müdaxilə edərək, maşını cərimə meydançasına saldıracaqlar. Bəlkə bundan sonra həmin adam banka borcunu verərək, məni də bu bəladan qurtarar”.

Məsələ ilə bağlı DYP ilə əlaqə yarada bilmədik.

Araşdırmalarımız davam edəcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın