Ana səhifə / Media / Diaqnostikadan müəllimlər nə itirir, nə qazanır?

Diaqnostikadan müəllimlər nə itirir, nə qazanır?

Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı rayonların 7426 pedaqoji işçisi diaqnostik qiymətləndirmədə iştirak edib.

Verilən məlumatlar görə, 17 nəfər 6, 951 nəfər 20,2610 nəfər 40, 676 nəfər 50, 2 nəfər isə 60 bal toplayıb. Riyaziyyat üzrə 704 müəllimdən 33 nəfəri çox aşağı nəticə göstərib.

Cənub bölgəsində keçirilən diaqnostik qiymətləndirməni Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev belə şərh edir:

“ Sualların öhdəsindən gəlməyənləri əlavə kursa göndərəcəklər ”

“Attestasiya deyil, diaqnostik qiymətləndirmədir. Müəllimlərin biliyi yoxlanılır. Sualların öhdəsindən gəlməyənləri əlavə kursa göndərəçəklər.Ondan sonra attestasiya keçiriləcək.Məqsəd budur.”

O hesab edir ki, diaqnostik qiymətləndirmənin müsbət və mənfi cəhətləri var:

Müsbət və mənfi tərəflər…

“Bu yolla iki ildir Bakı məktəblərində işləyən müəllimlər yüksək maaş alırlar. Diaqnostikanın həm müsbət həm də mənfi cəhəti var.Müsbət cəhət odur ki,5-6 manat daha çox əməkhaqqı alacaqlar. Mənfi cəhət odur ki,bir dərs yükü 12 saat idi, indi olacaq 18 saat.Müəllimlərin böyük əksəriyyətinin 18 saat dərsi yoxdur.Əslində bütün bunlar 18 saat tələsidir.Bu müəllimin işini əngəlləməkdir.”

 

Rahim Nuriyev diaqnostik qiymətləndirmənin Masallıda keçirilməsini də düzgün hesab etmir. Onun deməsinə görə, bu Astara, Lerik müəllimlərinə çətinliklər yaradıb:

“Müəllimlər öz vəsaitləri hesabına maşın tutmuşdular.Maşınlar gözlədilər və yenidən geri qayıtdıq.Müəllim nə maaş alır ki,onu nəqliyyata versin?Biz saat 5-də girdik,7 üçün çıxdıq.Nəqliyyat vasitəsi ayrımaq lazım idi.7 min müəllim balaca rəqəm deyil.”

Rahim Nuriyevin dediyinə görə, aşağı bal toplayanlarla bağlı birmənalı fikir söyləmək çətindir:

“Aşağı nəticəni daha çox ibtidai sinif müəllimləri göstəriblər. Onlar ixtisasları üzrə çalışmırlar. Burada sinif müəllimlərində sıxlıq var.Eləsi var 5 saat dərsi var.Onlara müsiqi və digər bu kimi dərlsər verirlər.Sırf öz ixtisasları ilə məşqul olmurlar.Öz ixtisaslarından uzun müddət uzaqlaşdırıldığına görə, belə aşağı nəticə göstəriblər. Diaqnostik qiymətləndirmədən keçənlərin əksəriyyəti yaşlı və orta təbəqə müəllimləridir.Onların mexaniki yaddaşları var.Onlar azca hazırlaşıb məqsədlərinə nail olurlar. ”

Maaş arta bilər, amma…

 

Azərbaycan manatı

Rahim Nuriyev qeyd edir ki, diaqnostik qiymətləndirmə heç də o müəllimin savadlı olmasını tam müəyyənləşdirmir:

“5 sual verirlər,o suallarla nə etmək olar?Müəllim 5 şeir əzbərlədi,bununla nə olacaq?Bu o demək deyil ki, müəllim lazım olan biliyə malikdir.Bu tədrisin,təhsilin səviyyəsini müəyyənləşdirir.Bizə dedilər ki,30 fazidən aşağı nəticə göstərənlər kəsilmiş hesab olunurlar. Əməkhaqqı artırılacaq. Diaqnostikadan, attestasiyadan keçəndən sonra. Bu büdcə ilə bağlı məsələdir,birdəflik verə bilmirlər. Əməkhaqqının artırılmasının da müəllimə köməyi az olacaq.Çünki bazarda qiymətlər ondan da sürətlə qalxır. Əməkhaqqının artımı isə mart ayında nəzərədə tutulub.Əslində müəllim burda bir şey qazanmır.Marta kimi Allah bilir nə olacaq.Böhrandır. ”

Nazirlər Kabinetinin qərarına əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçən müəllimlərə təhsildən və stajdan aslı olaraq, 18 saat dərsi yükü olmaqla 350 manatdan 450 manat qədər əməkhaqqı müəyyənləşdirilib. (Azadliq.org)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın