Ana səhifə / Media / Diabet xəstələrini kimlər və necə aldadır?

Diabet xəstələrini kimlər və necə aldadır?

“Azərbaycanda şəkərli diabet xəstələrinin sayının artması bəzi işbazların işinə yarayıb. Diabet xəstələrini həm müalicə adı ilə, həm də qidalanmada aldadırlar”.

Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, internetdə və telekanallarda reklam edilən müalicə üsulları xəstəliyi sağaltmır. Hətta əksinə, bu müalicə metodları ilə xəstəliyin ağırlaşmasına səbəb ola bilərlər: “Televiziyada tərkibi və tətbiqi öyrənilməmiş “sinir otu” ilə diabetli xəstəliyinin tam müalicəsinin mümkünlüyü reklam edilir. Məsələ ilə bağlı təşkilatımıza çoxsaylı müraciətlər daxil olub”.

AİB məsələ ilə bağlı Respublika Endokrinoloji Mərkəzinə müraciət edib. Mərkəzdən göndərilən cavabda bildirilir ki, diabet xəstəliyinin müalicəsində tərkibi öyrənilməmiş bitkilərdən istifadə yolverilməzdir. Mərkəz tərkibi öyrənilməyən bitkilərin, dərmanların KİV-də reklam edilməsini tövsiyə etmir.

E.Hüseynov onu da deyib ki, mağazaların diabetli xəstələr üçün qida bölümündə “сладкий сахар” satılır. Məhsulun diabetli xəstələr üçün olduğu bildirilsə də əslində tərkibində adi qənddən dəfələrlə artıq şəkər var: “Məhsulun tərkibində adi qəndlərdən dəfələrlə artıq şəkər olduğundan diabetli xəstələrin istifadəsi üçün tövsiyə edilmir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız müraciətə Tibbi yardımın təşkili şöbəsinin rəhbəri Gülmirzə Poladov cavab verib. Təşkilata göndərilən məktubda deyilir ki, Azərbaycanın ərzaq bazarında yer almış bu məhsul tərkibinə görə şəkərli diabet xəstələrinə tövsiyə edilmir. Bu məhsulun “diabetli xəstələr üçün” adı altında satılması qadağandır”.

Təşkilat rəhbəri mağazalarda diabetli xəstələr üçün ayrılmış xüsusi bölmədə satılan məhsulların tərkibinin araşdırılması, KİV-də xəstəliyin tam müalicəsi adı ilə qeyri-ənənəvi üsulların reklam edilməsinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın