Ana səhifə / Media / “Deyirlər ki, bizim arxamız güclüdür” – Məktəb meydançalarını dağıdıb bina tikirlər – VİDEO

“Deyirlər ki, bizim arxamız güclüdür” – Məktəb meydançalarını dağıdıb bina tikirlər – VİDEO

“Mənə deyiblər ki, olmaz da qaqaş, niyə çəkirsən, ala?”

5 və 16 nömrəli məktəblərin idman meydançası tikinti şirkətlərinə satılıb və orada hündürmərtəbəli binalar ucaldılıb.

ARB 24 xəbər verir ki, hazırda analoji hadisə 21 nömrəli orta məktəbin idman meydançasında yaşanır. Həmin ərazidə yaşayan sakinlər təhsil müəsissəsinin stadionun qəsdən dağıdıldığını və qeyri-qanuni olaraq tikintinin aparıldığını deyirlər. Əlavə etdilər ki, faktla bağlı Təhsil Nazirliyinə müraciət edilib və qurumdan bildirilib ki, burada heç bir tikinti aparılmayacaq.

Xanımbacı Məlikova (sakin): “Burda gəlib qazıntı işləri aparırlar. Stadionu zəbt ediblər”.

Məhəmməd Əliyarov (sakin): “Bu cür stadionu dağıdıb bu hala salıblar. Uşaqların məktəbə getdiyi yola daş töküblər”.

Aqil İbrahimov (sakin): “Dəfələrlə demişik. Deyirlər ki, kimə şikayət edirsiz edin, bizim arxamız güclüdür. Heç kim bizə bata bilməz”.

Bundan başqa, məktəbin yolu da dağılaraq bərbad vəziyyətə salınıb. Sakinlər deyirlər ki, əvvəllər burada asfalt örtüyü olub və yolu bu hala ağırtonnajlı maşınlar gətirib çıxarıb.

Məsələ ilə bağlı üz tutduq 21 nömrəli məktəbə. Tədris ocağının direktoru müxtəlif bəhanələrlə suallarımıza cavab verməkdən imtina etdi. Yalnız bildirdi ki, stdionda heç bir tikinti işləri aparılmayacaq. Yaxınlıqda hündürmərtbəli binalar inşa edən şirkətdən isə bizə cavab verən olmadı. Əksinə çəkilişə mane olmağa çalışdılar.

Mühafizə xidməti : “Nəyə çəkirsən ala?! İcazə yoxdur. Get o tərəfi çək də qaqaş. Mənə deyiblər ki, olmaz. Maaşa işləyən adamam”.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən bildirdilər ki, mövcud vəziyyətdən xəbərləri var. Qapalı mini futbol meydançası yaradılıb, həmin ərazidə tikinti işlərinin qanuni şəkildə həyata keçirilməsi üçün sənədləşmə işlərinə başlanılıb.

Həmçinin oxuyun

“Başqa səbəblərə görə həbs olunsaydım mənə təsir etməzdi” – Murad Köhnəqala

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra …

Bir cavab yazın