Ana səhifə / Media / Deputatların hələ əlilləri düşünməyə vaxtı yoxdur – SOSİAL

Deputatların hələ əlilləri düşünməyə vaxtı yoxdur – SOSİAL

“Bu gün şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün həm qanunvericilikdə kifayət qədər müddəalar var, həm də ölkə başçısı tərəfindən vaxtında çox böyük təqaüdlər təyin olunub”.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

“Son günlər ərzində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar zamanı torpaq uğrunda şəhid olan şəxslərin yaxınlarının, o cümlədən əlil olanların maddi təminatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılacaq. Onlara həm prezident təqaüdləri, həm də müvafiq müavinətlərə veriləcək. Bundan başqa, həmin şəxslərin avtomobil və mənzil təminatı da həyata keçiriləcək. Bu məsələdə heç bir problem ola bilməz”, – deyə nazir bildirib. S. Müslümov əlavə edib ki, şəhidlərin qeydiyyatda olduğu rayonların İcra Hakimiyyətləri onlara şəhidlik statusunun verilməsi, o cümlədən adlarının əbədiləşdirilməsi barədə lazımi sənədləri nazirliyə təqdim etməlidir. “Bu gün hospitallarda müalicə alan qəhrəman oğullarımız var. Təbii, biz dua edirik ki, onlar tezliklə sağalıb ayağa qalxsınlar. Əgər onların hər hansı bir qüsuru olarsa, bu zaman onlara əlilik qrupunun verilməsi müvafiq qaydada aparılacaq”, – deyə S. Müslümov bildirib (APA).1422375005_firudin2-1

Bununla yanaşı, xatırladaq ki, Azərbaycanda Qarabağ müharibəsinin veteranlarının aldığı müavinət heç də əlillik qrupundan asılı deyil. “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firidun Məmmədov birinci qrup Qarabağ müharibəsi əlillərinin ayda 200 manat pensiya aldığını deyib: “Birinci qrup əlillər həmçinin 165 manat dəyərində prezident təqaüdü də alırlar. İkinci qrup əlillərin təqaüdü 160 manatdır. Onlar həmçinin 143 manat prezident təqaüdü alırlar. Üçüncü qrup əlillərdə isə bu rəqəmlər 130 manat və 111 manat səviyyəsindədir”.

Məmmədovun sözlərinə görə, bu, 2007-ci ilə qədər əlillik statusu alanlarla bağlıdır. “2007-ci ildən sonra əlillik dərəcəsi alanlar təqaüd yox, müavinət alırlar”, – deyə təşkilat sədri bildirib. O qeyd edib ki, 2007-ci ildə Qarabağ Müharibəsi əlillərini əhatə edən qanun qəbul olunub.

“Bu qanuna görə, Qarabağ müharibəsi əlili adını alanlar təqaüd yox, aylıq müavinət almağa başladılar. Bu müavinətin həcmi təqaüddən aşağıdır. 2007-dən sonra əlillik alanlar 150 manat müavinət 160 manat prezident təqaüdü allırlar. İkinci qrup müvafiq təqaüdlər üzrə 130 manat və 143 manat, üçüncü qrup isə 110 və 111 manat müavinət alır.”, – deyə F.Məmmədov bildirib.

61c85publika.az1426333858Fezail-AgamaliMilli Məclisin üzvü, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, parlamentdə lazım bilsələr, bu istiqamətdə tədbir görülə bilər. “Əgər lazım gəlsə, deputatlar əlillərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edəcəklər”, – deyə F.Ağamalı bildirib.

“Deməli, siz düşünürsünüz ki, hələ buna lüzum yoxdur?” – deyə jurnalist bildirib. “Son toqquşmalar cəmi 10 gün əvvəl baş verib. Azərbaycanın ərazi bütövlüyü uğrunda əlillik qazanan insanlar bizim üçün qiymətlidir. Əminəm ki, onların sosial müdafiəsi yüksək səviyyədə təmin olunacaq”, – deyə deputat cavab verib.

 Kavkaznews.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın