Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Deputatlardan bahalaşma yaradanlara sərt etiraz

Deputatlardan bahalaşma yaradanlara sərt etiraz

“Bəzi işbazlar ölkədə manatın mövqeyinin möhkəmlənməsinə baxmayaraq qiyməti artırmaqla hökumətin həyata keçirdiyi siaysətə mane olurlar”.

Deputat Əli Məsimli parlamentin hazırda keçirilən plenar iclasındakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, son dövlərdə manatın dollara nisbətdə mövqeyinin möhkəmlənməsinə baxmayaraq, ölkədə qiymət artımı davam edir. “2016-ci ildə əməkhaqqılarının 7% artsa da, infilyasiya 12%, qiymətlər isə 15%-dən artıq olub: “Buna görə də Azərbaycan hökuməti 2017-ci ildə infilyasiyanı 7% ətrafında götürməsi düzgündür. Ancaq bəzi işbazlar Azərbaycan hökumətinin müəyyən etdiyi bir qaydanı pozmaqda davam edirlər. Yəni bu işbazlar hökumətin müəyyən etdiyi infilyasiya qaydalarını pozurlar. Bu gün ölkədə yumurtadan başqa digər bütün istehlak məhsullarının qiymətində artım müşahidə olunur. Bununla da əhalidə narazıçılıq yaradırlar. Bu qiymət artımı isə hökumətin hədəfinə çatmasına imkan vermir”.
Ə.Məsimli bidlirib ki, aidiyyatı qurumlar məsələyə diqqət yetirib belə halların qarşısını almalıdır: “Axı, nəyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır? Bu işbazlar vətəndaşın pensiyasının və əməkhaqqının müəyyən dərəcədə artdığını bilərək, qiymətləri qaldırmaqla o artımı onların əlindən alır. Buna yol vermək olmaz! Əgər aidiyyatı qurumlar müdrikcəsinə bu prosesə susaraq, hansısa addımlar atmırlarsa, deməli, onlarla bu məsuliyyəti bölüşürlər, həmin işbazların əməllərinin iştirakçısına çevrilmiş olurlar”.
Deputat Fərəc Quliyev də Əli Məsimlinin təklifini dəstəkləyərək bildirib ki, aidiyyatı qurumlar bu məsələyə ciddi yanaşmalı, qiymətlərin süni artımının qarşısını almalıdır: “Süni şəkildə bazarda qiymətləri artıranlara qarşı mübarizə sərtləşməlidir. Camaatın alıcılıq qabiliyyəti çox aşağıdır. Əslində bu, narazılıq yaratmaqdır. Müvafiq strukturlar bu sahədə qətiyyətli tədbir görməlidir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın