Cümə , Oktyabr 7 2022
Ana səhifə / Media / Deputatlar AzTV-ni İTTİHAM ETDİLƏR

Deputatlar AzTV-ni İTTİHAM ETDİLƏR

Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.

Azinforum.az xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV ilə bağlı tənqidi status paylaşıb.

Paylaşımda deyilir: “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.

Deputat Etibar Əliyev həmkarının statusuna dəstək verərək, AzTV rəhbərliyinin fəaliyyətindən narazılığını dilə gətirib.

“ AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir”, – parlamentari şərh bölümündə yazıb.

Həmçinin oxuyun

Mətbuat Şurası sədrinin müavinləri seçilib – FOTO

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib. İclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. …