Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Media / Deputat parlamentdə at, eşşək ətinin satılmasından danışdı

Deputat parlamentdə at, eşşək ətinin satılmasından danışdı

Milli Məclisin bugünkü iclasında deputat Çingiz Qənizadə son günlər at, eşşək ətinin və vaxtı keçmiş yararsız ət məhsullarının  bazarlara ayaq açmasından şikayətlənib. 

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə məlumatlar KİV-lərdə mütəmadi olaraq yayıldığını bildirib: “Ancaq mübarizə tədbirləri istənilən effekti vermir. Çünki qanunda boşluqlar var. Bu boşluqların doldurulmasına ehtiyac var. Biz hüquq-mühafizə orqanları ilə bir araya gəlib qanun toplusu yaratmalıyıq.  Xüsusən də bu məsələ ilə bağlı güclü maddə yaratmalıyıq. Düzdür, Cinayət Məcəlləsinin 2 maddəsi bu kimi hallarda tətbiq olunur, amma burada da boşluqlar var”.

Həmçinin oxuyun

“Yəqin ki, bizim də növbəmiz çatacaq” – Vahid Mustafayev

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Yenicag.az-ın əməkdaşının “ANS-in açılması nə qədər realdır?” …

Bir cavab yazın