Bazar , Yanvar 16 2022
Ana səhifə / Media / Deputat: “Media müəyyən çərçivəyə salınmalıdır”

Deputat: “Media müəyyən çərçivəyə salınmalıdır”

“Hesab edirəm ki, Azərbaycanda “Media haqqında” Qanun mütləq qəbul olunmalıdır, çünki buna ehtiyac var. Bu, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində belədir. Razıyam ki, media müəyyən çərçivəyə salınmalıdır. Söhbət medianın tənqidindən getmir, sadəcə olaraq hüquqi tənzimləmə vacibdir. Unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev “Media haqqında” yeni qanun layihəsi barədə danışarkən deyib.

Deputatın sözlərinə görə, xüsusilə son dövrlər mediada inkişaf gözə dəysə də, bəzən elə yalan və şər məlumatlar paylaşılır ki, onlar heç bir çərçivəyə sığmır: “Ona görə də jurnalistlər üçün müəyyən məsuliyyət yaradılmalıdır. Jurnalistlər yazdıqlarının, paylaşdıqları məlumatın arxasında durmağı bacarmalıdırlar”.

Həmçinin oxuyun

“Media patronları gəlirin böyük bir qismini özünə götürür“ – Turan İbrahimov

Azərbaycanda müxtəlif vəzifələrə təyinat alan jurnalistlərin sayı xeyli artıb. Çox sayda qələm adamı jurnalist vəsiqəsini, məmur …