Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Deputat başçını ifşa etdi: Ağcabədidə prezident sərəncamı sayılmır

Deputat başçını ifşa etdi: Ağcabədidə prezident sərəncamı sayılmır

23 iyulda Ağcabədinin Haramı düzündə böyük ərazidə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı xəbərə görə, Ağcabədi rayonu, Haramı düzündə (rayon mərkəzindən 58 km aralı) ərazidə 250 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məlumdur ki, Ağcabədi rayonu Azərbaycan -Ermənistan döyüş bölgəsində yerləşir. Azinforum.az Qafqaz Xəbər Agentliyinə istinadən bildirir ki, yanğın döyüş xəttinə yaxın ərazidə olub.
Ağcabədi rayon İcra Hakimiyyətinin informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Əlizamin Qarayev bildirib ki, yanğın zonası atəş xəttinə yaxındır.
Müxbirin “Zərəçəkən fermerlər kompensasiya alacaqmı?” sualına Qarayev belə cavab verib: “Mənim bu suala cavab vermək səlahiyyətim yoxdur”.
Onda biz RİH-nin sosial-iqtisad şöbəsinin müdiri Hafiz Mehdiyevin fikirlərini öyrəndik. Onun sözlərinə görə, məhsulunu sığortalamış fermerlər kompensasiya ala biləcək.
Milli Məclisin üzvü, “Ədalət” partiyasının sədri İlyas İsmayılov olayla bağlı aşağıdakıları söylədi: “Bu yaxınlarda mən Tovuzun Hacalı kəndində öz seçicilərimlə görüşdüm. Bu kənd cəbhə bölgəsində yerləşib. Kənd sakinləri təsərrüfat işləri ilə normal məşğul ola bilmirlər. Mən bu barədə ölkə başçısına məktub yazdım və təklif etdim ki, sərhəd bölgəsinin sakinlərinə güzəştlər müəyyən edilsin. Mən məktubda İsrail dövlətinin nümunəsini də göstərdim”.
Deputatın sözlərinə görə, müraciətdən sonra prezident sərəncam verdi, sərhəd bölgəsinin sakinlərinə diqqət gücləndirildi, onlara maddi yardım artırıldı.
Ağcabədi RİH-nin müavini Hafiz Mehdiyev deputatın dediklərini təsdiq etdi: “ Həqiqətən də prezidentin belə bir sərəncamı olub”.
Müxbirimizin “ Onda nə üçün zərəçəkən fermerlərə kömək olunmur?” sualına başçının müavini belə cavab verdi: “ Ağcabədi cəbhə bölgəsi olduğuna görə, medianın siallarına cavab vermək üçün Müdafiə Nazirliyinin icazəsi olmalıdır”.
Məsələ ilə bağlı Helsinki Milli Komitəsinin sədri Arzu Abdullayevanın münasibəti belə oldu:” Mən başa düşmürəm, Müdafiə Nazirliyi icra başçısının müavininə qadağa qoyub? Məgər Ağcabədidə hərbi baza yanıb?”. Abdullayevanın sözlərinə görə, bütün dünyada zərərçəkənlər hökumətdən güzəşt alır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın