Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Deputat əlillərin də işləməyini istəyir

Deputat əlillərin də işləməyini istəyir

“Azərbaycanda II və III qrup əlillərə əmək zəmanəti verilir. Ona görə də əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq”

Bunu AzVision.az millət vəkili Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən danışarkən deyib. Millət vəkili II və III əlillərin işləməsi üçün şəraitin genişləndirilməsini təklif edib.

“Elə əlillər ola bilər ki, onların pensiya almağa stajları yetməz və yaxud da topladıqları sığorta kapitalı çatmaz ki, onlar pensiya alsınlar. Belə də onlara sosial müavinət veriləcək. Sosial müavinət isə pensiyadan azdır. Sözsüz ki, onlar hər işdə işləyə bilməzlər. Lazım gələrsə, həm Əmək Məcəlləsinə, həm də “Məşğulluq haqqında” qanuna müvafiq əlavə və dəyişikliklər edək ki, bu insanlar əlillik dərəcsi alandan sonra iş yerlərindən çıxarılmasınlar. Çünki onlara əmək zəmanəti veriləcəkdir. “Məşğullu haqqında” qanunda onlar üçün əlavə kvota yaradıq ki, onlar işlə təmin oluna bilsinlər”.

M.Quliyev vurğulayıb ki, statistikaya əsasən II və III qrup əlillərin 20 faizə yaxını işləyir: “Yerdə qalan 80 faizinə əmək zəmanəti verilsə də işləmir. Onlar üçün iş yerini yaratmaq lazımdır. Yeni dəyişikliyə görə pensiya almaq hüququ yaranmayanlar yalnız sosial müavinət alırlarsa, bu da pensiyadan aşağı olur. İş məsələsinə gəldikdə isə sağlam adamlarla rəqabətdə həmin şəxslər üçün iş tapmaqda çətinlik yaranır. Bu baxımdan əmək zəmanətinə uyğun iş yerlərinin yaradılması, onlara uyğun peşələrə yiyələnməsi və müəyyən kvotaların yaradılması ön plana çıxır. Bunun üçün lazımdırsa, müvafiq qanunlara dəyişiklik edək və bu şəxslərin işlə təmin olunması rahatlansın. Çünki 100 nəfərə əlillik zəmanəti verilirsə, onlardan 20 nəfəri iş tapır. 80 nəfərin işdən kənar qalması isə sosial problemə çevrilə bilər”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın