Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Demokratik.az saytının fəaliyyəti Reket Komissiyasında araşdırılacaq – QƏRAR

Demokratik.az saytının fəaliyyəti Reket Komissiyasında araşdırılacaq – QƏRAR

Azinforum.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin bu gün keçirilən iclasında bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

İdarə Heyəti həmçinin Şikayətlər üzrə Komissiyanın «demokratik.az» saytı ilə bağlı 24 oktyabr 2018-ci il tarixli rəyinin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, MŞ son iki ay ərzində demokratik.az saytına və onun rəhbəri Osman Nərimanoğluna iki dəfə ciddi xəbərdarlıq edib. Ancaq sayt bundan nəticə çıxarmaq əvəzinə, MŞ-nın qəbul etdiyi qərarları saxta və represiv adlandıran məqalələrlə çıxış edib.

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …